"Xəstə halda küçəyə çıxmaq vicdansızlıqdır!” - Psixoloq qəzbləndi

"Xəstə halda küçəyə çıxmaq vicdansızlıqdır!” - Psixoloq qəzbləndi

"Xəstə halda küçəyə çıxmaq vicdansızlıqdır!” - Psixoloq qəzbləndi

Hər gün ictimai yerlərdə koronavirus xəstələri saxlanılır. Bununla bağlı hüquqi müstəvidə ölçü götürülməyinə, dəfələrlə tədbir görülməyinə, onların inzibati qaydada tənbeh edilməyinə baxmayaraq, eyni hallar təkrarlanır.

Buna səbəb nədir? Niyə koronavirus xəstələri cəmiyyət üçün təhlükəli olduqlarını bildikləri halda, niyə ictimai yerlərdə görünməkdən çəkinmirlər?

Mövzu ilə bağlı Polemika.az-a açıqlama verən psixoloq  Aytən Ələkbərova bildirib ki, əgər insan hansısa daşıyıcı xəstəliyə sahibdirsə və buna məhəl qoymadan iş-gücünün arxasınca gedirsə, deməli, psixologiyasında yanlışlıqlar var.

“Bu, onun eqosundan xəbər verir. İnsan yalnız özünü düşündüyü halda eqoist olur. Doğrudur, bəzən deyilir ki, başqasını çox düşünən insan özü üçün nələrisə qaçırır. Amma empatiya qurmaq (həmdərdlilik sərgiləmək) daha asan olur. Bu, insanın duyduğu ən gözəl hissdir. Çünki insanı anlamaq çətindir.

Əgər şəxs şüurlu bir fərddirsə, xəstə halda yaşadığı yeri tərk etməməlidir. Vicdanlı insan başqalarını təhlükəyə atmamalıdır. Bunun əksinə vicdansızlıq da, məsuliyyətsizlik demək tamamilə doğru olar”.

Ayzel 

"Xəstə halda küçəyə çıxmaq vicdansızlıqdır!” - Psixoloq qəzbləndi