“Xalq radikal müxalifətin çirkin niyyətlərini bildiyindən süngü ilə qarşılayaraq rədd edib”

“Xalq radikal müxalifətin çirkin niyyətlərini bildiyindən süngü ilə qarşılayaraq rədd edib”

“Xalq radikal müxalifətin çirkin niyyətlərini bildiyindən süngü ilə qarşılayaraq rədd edib”

“Biz artıq anti-Azərbaycan qüvvələrin və onların ölkəmizdəki əlaltılarının cənab Prezident İlham Əliyevin rəhbərliyi altında daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları qısqanclıqla qarşılayaraq və hər vasitə ilə bu uğurlara kölgə salmağa çalışmalarına bir növ öyrənmişik. Həmin anti-Azərbaycan qüvvələrin xarici təhdidləri nəticə vermədikdə, daxildəki əlaltıları olan “5-ci kolon”dan istifadə etməklə bu niyyətlərinə nail olmaq istəyirlər. Lakin onların bütün bu cəhdləri hər dəfə uğursuzluğa düçar olub və xalq onların bu çirkin niyyətlərini bildiyindən süngü ilə qarşılayaraq rədd ediblər”.

Polemika.az xəbər verir ki, bunu deputat Aydın Hüseynov bir qrup radikal müxalifət nümayəndəsinin qanunsuz aksiya keçirmə cəhdini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu anti-Azərbaycan qüvvələrin son günlərdə canfəşanlıq edərək Azərbaycanın uğurlarına kölgə salmaq cəhdinin şahidi oluruq. “Onlar hər fürsətdən faydalanaraq Azərbaycanın əldə etdiyi qələbələri gözdən salmağa, cəmiyyəti çaşdırmağa çalışırlar. Bu yolda onlar hər cür iftiralar atmaqdan belə çəkinmirlər. Bu zaman öz maraqları naminə və düşmən dəyirmanına su tökmək üçün ən müqəddəs dəyərləri belə ayaqlar altına atmağa hazırdırlar. Hansı ki, biz bu gün bir daha bunun şahidi olduq” - deyə, deputat qeyd edib.

O əlavə edib ki, bu gün Azərbaycan xalqı 14 qəhrəman şəhidi ilə vida mərasimi keçirdiyi bir zamanda cəmiyyətin bu radikal ünsürləri, milli-mənəvi dəyərlərimizə zidd olaraq öz maraqlarını hər şeydən üstün tutaraq xaricdəki ağalarından aldıqları tapşırıqlara əsasən ictimai sabitliyi pozmağa cəhdlər ediblər. “Lakin bu dəfə də AXCP və radikal müxalifətin bu cəhdləri iflasa uğrayıb və cəmiyyət tərəfindən kəskin qınaq və etirazla qarşılanıb. Bu dəfə onlar xeyli müddət əvvəl ölkəni tərk edərək Rusiyada çalışıb, ölkədə ictimai-siyasi sabitliyi pozanlara maliyyə dəstəyi verən Saleh Rüstəmlini müdafiə məqsədi ilə küçəyə çıxıb, ictimai asayişi pozmağa cəhd ediblər. Bu həmin Saleh Rüstəmlidir ki, Rusiyada müvafiq strukturların rəhbərliyi altında orada çalışan azərbaycanlıların ticarət obyektlərindən pul toplayaraq  Azərbaycanda ictimai-siyasi vəziyyəti pozmaq üçün radikal müxalifətə və AXCP sədri Əli Kərimliyə maliyyə vəsaiti göndərib. O, uzun müddət bu  işlə məşğul olub. Hamıya bəllidir ki, Rusiyada belə fəaliyyəti özbaşına göstərmək qeyri-mümkündür. Bu işdə ona müvafiq strukturlar və Azərbaycanı sevməyən qüvvələr yardımçı olub. Lakin o, Rusiyadakı soydaşlarımızdan topladığı 450 min ABŞ dollarını radikal müxalifətə göndərən zaman yaxalanıb. Azərbaycan hüquq-mühafizə orqanları onu saxlyaraq barəsində cinayət işi açıb. Saleh Rüstəmli istintaqa verdiyi ifadəsində etdiyi yardımları etiraf edib. Hətta Əli Kərimli də ondan maddi dəstək aldığını inkar etməyib, əksinə təsdiqləyib. Məslənin ən qəribə tərəfi ondan ibarətdir ki, Qərb strukturları da  Rusiyanın xüsusi xidmət orqanlarının nəzarətində olan və Azərbaycanda ictimai-siyasi vəziyyəti pozmaq üçün yardım edən bir şəxsi dəstəkləyir. Hansı ki, başqa vaxt qərb və onların nəzarətində olan təşkilatların Rusiya ilə yaxınlığı olan şəxslərə münasibəti tamamilə fərqli olur. Bu isə onu deməyə əsas verir ki, Avropadakı anti-Azərbaycan qüvvələr hansı ölkənin maraqlarına xidmət etməsindən asılı  olmayaraq bundan öz məqsədləri üçün istifadə edib, ölkədə sabitliyi pozmağa çalışırlar. Bu bir daha Avropanın məkrli və çirkin niyyətlərindən xəbər verir. Amma unudurlar ki, Azərbaycan xalqı onların bu niyyətlərini yaxşı bildiyindən bu oyunlarda iştirak etməyəcək və hər zaman olduğu kimi yenə də o qüvvələrə öz yerini göstərcək. Xalqımız Azərbaycanın nicatına və üzləşdiyi problemlərin həllinə yalnız cənab Prezident İlham Əliyevin liderliyi altında nail olunacağına inanır və ona görə də onun ətrafında bir yumruq kimi birləşib. Heç bir qüvvə bu birliyi poza bilməz. Təkcə biz deyil, ümumiyyətlə, dünya ictimaiyyəti bunun şahididir. Kimsə Azərbaycanın uğurlarına kölgə sala bilməz. Azərbaycan xalqı cənab Prezidentin liderliyi altında bundan sonra hələ çox uğurlara imza atacaq. Həmin qüvvələr isə bir daha özünü ifşa etmiş olacaq”./Ölkə.az

“Xalq radikal müxalifətin çirkin niyyətlərini bildiyindən süngü ilə qarşılayaraq rədd edib”