Xalq artistinin oğlu teatrda işə başladı

Xalq artistinin oğlu teatrda işə başladı

Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz Azərbaycan Dövlət Dram Teatrında işə başlayıb.

"Yeni Sabah" xəbər verir ki, o, bu haqda sosial şəbəkədə yazıb"Uşaqlıqda hər zaman atam teatrda tamaşalarda oynayanda, pərdənin arxasından baxırdım, deyirdim ki, görəsən, nə zaman böyüyəcəyəm və onun kimi bu səhnədə rollar oynayacağam. İndi sevincimin həddi-hüdudu yoxdur. Bu teatrın aktyoruyam, həmin arzularımın gerçəkləşdiyini sizinlə bölüşürəm. 

Teatrımızın rəhbəri Azərpaşa Nemətova təşəkkür edirəm. Ona görə ki, gəncləri belə həvəsləndirdi. Öz və ailəmiz adından təşəkkür edirəm ki, mənə güvəndi, bacarığımı görüb bu teatra aktyor truppasına götürdü. Bu, sənətdə olan insanlar üçün belə tez bir zamanda reallaşa biləcək məsələ deyildi. Söz verirəm ki, işimin öhdəsindən layiqincə gələ biləcəyəm. Ciddi işdə, məsuliyyətli bir vəzifədə olmaq kimi gözəl bir şey yoxdur. Bir çox aktyorların arzusudur bu teatrda çalışmaq. Dahi sənətkarların ayaq basdığı, səhnə bölüşdüyü teatrdır".

Qeyd edək ki, C.Novruz sonuncu dəfə “Təhminə və Zaur” serialında rol alıb.