Xalq artisti üsyan etdi: "Bizi dünyada biabır edirlər"

Xalq artisti üsyan etdi: "Bizi dünyada biabır edirlər"

Xalq artisti üsyan etdi: "Bizi dünyada biabır edirlər"

Məişət zorakılığı dünya miqyasında ən çox müzakirə olunan bir mövzudur. Bu məsələ Covid-19 pandemiyası zamanı daha da aktualdır. Qurbanlar ailədə baş verən fiziki, cinsi və psixoloji zorakılıq, o cümlədən döymə, cinsi zorakılıq, ailədaxili təcavüz (zorlama) və istismarla əlaqəli digər şiddətdən əziyyət çəkirlər. 

Buna səbəb nədir? İnsanlar eyni damın altında niyə xoşbəxt yaşaya bilmirlər? 

Məsələ ilə bağlı Polemika.az-a danışan Xalq artisti Naibə Allahverdiyeva bu tip zorakılıqlara qarşı cəzaların sərtləşdirilməli olduğunu deyib:

“Mən sadəcə şokdayam. Bu cür hadisələr bizi bir millət olaraq bütün dünyada biabır edir. Qadınların öldürülməsi, uşaqlara qarşı cinsi zorakılıq baş alıb gedir. Mütləq qanunlar sərtləşdirilməlidir. Ölüm hökmünün ölkədə yenidən bərpa olunması bir az inandırıcı deyil, amma ömürlük həbs qərarı mütləq şəkildə belə məxluqlara tətbiq edilməlidir və onlar cəmiyyətdən təcrid olunmalıdır.

Belə məxluqlara 10-15 il həbs cəzası azdır”.

Əsmətxanım

Xalq artisti üsyan etdi: "Bizi dünyada biabır edirlər"