Xalq artisti Tünzalə Ağayeva: “Hər saatım puldur”

Xalq artisti Tünzalə Ağayeva: “Hər saatım puldur”

Xalq artisti Tünzalə Ağayeva: “Hər saatım puldur”

Xalq artisti Tünzalə Ağayeva son dönəmlər imicində etdiyi dəyişikliklərlə bağlı danışıb. 

Polemika.az xəbər verir ki, sənətçi Moderator.az-a açıqlamasında belə deyib:

“İmicimdə olan dəyişiklikləri görənlər deyir ki, siz sindirom yaşayırsınız. Bu sindirom deyil. Mən yaşımın gözəlliyini yaşayıram, çox xoşbəxtəm. Buradan gənc qızlarımıza səslənirəm ki, “Siz çirkin deyilsiniz”. Özünüzə daha ox diqqət edin, özünüzü sevin. Məndəki bu dəyişikliyi görən yaxınlarım məndən aşiq olduğumu soruşurlar. Onlara deyirəm ki, aşiq olmuşam, amma özümə. Özümü sevirəm”.

 Xalq artisti “Səs Azərbaycan” yarışmasında münsif heyəti kimi çıxışının həmkarları tərəfindən qısqanclıqla yanaşmasına da öz mövqeyini bildirdi:

“Səs yarışmasında münsif heyəti kimi iştirak etməyim mənim müraciətim nəticəsində baş verməyib. Layihə rəhbərləri hansısa kriteriyalara görə sənətçiləri seçirlər. Hər mövsüm layihənin münsifləri dəyişəcək. Həmkarlarımın bu barədə söylədiyi fikrlərə hörmətlə yanaşıram. Mənim kimi Xalq artistini hər layihəyə imza atdıra bilməzlər, hər layihəyə imza atmaram. Mən artıq karyeramın elə bir nöqtəsindəyəm ki, hər saatım, saniyəm belə puldur. Əgər bir layihəyə 6-7 ayımı sərf edirəmsə, bu mənim əziyyətimə dəyməlidir”. 

Xalq artisti Tünzalə Ağayeva: “Hər saatım puldur”