Xalq artisti gileyləndi: "Axşam yatıram, gecə oyanıram ki..."

Xalq artisti gileyləndi: "Axşam yatıram, gecə oyanıram ki..."

Xalq artisti gileyləndi: "Axşam yatıram, gecə oyanıram ki..."

“Axşam qazı yandırıb yatıram, gecə oyanıram ki, qaz kəsilib, yoxdur. Bu nədir anlamıram. Mənə deyirlər ki, limiti keçmisən, borcun var. Bu necə ola bilər?”

Bu sözləri Polemika.az-a Xalq artisti Naibə Allahverdiyeva deyib. Aktrisa “Azəriqaz”la problem yaşadığını bildirib:

“Artıq yorulmuşam, bir gündən bir pul vururam, səhəri gün qalxıram ki, qaz yoxdur. Bu günlərlə belə davam etdi. Axırda şikayət etdim, bu uzun müddət əvvəl  olub. Şikayət etdim ki, bəlkə evimdə qazsızma kimi bir şey var, gəlin, yoxlayın, məsələyə aydınlıq gətirək. Onlar da gəlib baxıb çıxıb gedirdilər, məsələ həll olunmurdu. Axır vaxtlar, qazın qiyməti qalxandan həddindən artıq qaz pulu vururam. Təsəvvür edin, bir aya 200-250 manat pulum çıxır. Mən də hər dəfə zəng edib şikayət edirəm, sual verirəm ki, niyə  hər dəfə belə olur? Axşam qazı yandırıb yatıram, gecə oyanıram ki, qaz kəsilib, yoxdur. Bu nədir anlamıram...”

Sənətçi qurum tərəfindən borcu olduğunun iddia edilməsinə etiraz edib:

“Mənə deyirlər ki, limiti keçmisən, borcun var. Bu necə ola bilər? Neçə dəfə gəlib sayğacı dəyişiblər. Ay balam, mənim necə borcum ola bilər? Demək olar ki, heç qaz işlətməmişəm, çünki rayonda olurdum, soyuq aylar da hələ təzə gəlib. Bu qədər pulu mən nə vaxta kimi ödəməliyəm?!  Deyirlər ki, yanvara qədər sən bunların hamısını ödəməlisən. Mən həqiqətən o qədər qaz işlətməmişəm”.

N.Allahverdiyeva “Azəriqaz”ın tezliklə məsələyə baxacağına ümid etdiyini deyib:

“O vaxt “Azərişıq”la bağlı sosial şəbəkə hesabımda paylaşım etmişdim. Onlar dərhal məsələyə reaksiya verdilər, suallarımı cavablandırdılar. Mənə dedilər qısa zamanda əməkdaşlarımız gələcək, problemi həll edəcəklər. Eyni şeyi “Azəriqaz”dan da gözləyirəm”.

Əsmətxanım 

Xalq artisti gileyləndi: "Axşam yatıram, gecə oyanıram ki..."