Xaçaturyan prezident seçilmədi - Yetərsay olmadı

Xaçaturyan prezident seçilmədi - Yetərsay olmadı

Xaçaturyan prezident seçilmədi - Yetərsay olmadı

Ermənistan Milli Məclisində gizli səsvermə yolu ilə keçirilən səsvermənin ilk turunda yeganə namizəd Vahan Xaçaturyanı prezident seçilməyib.

Polemika.az "Armenpress"ə istinadla xəbər verir ki, səsvermədə 69 deputat iştirak edib. Xaçaturyanın lehinə 69 səs verib.

Prezident seçkiləri üçün birinci turda 81 səs lazımdır, lakin Milli məclisdə hakim “Vətəndaş Müqaviləsi” fraksiyasını təmsil edən deputatların sayı o qədər deyil. Hakim partiyanı Milli Məclisdə 71 deputat təmsil edir.

Qeyd edək ki, müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyaları prezident seçkiləri ilə bağlı məsələnin müzakirəsində iştirak etməyib.

Xaçaturyan prezident seçilmədi - Yetərsay olmadı