Rəqəmsal
09 Fev 2021 02:10
“WhatsApp”da yeni funksiya
“WhatsApp” mesencerinin texniki heyəti yeni funksiyanı sınaqdan keçirir.
Yenisabah.az xəbər verir ki, tezliklə istifadəyə verilməsi planlaşdırılan yeniliyə əsasən, bundan sonra istənilən videonu səssiz göndərmək mümkün olacaq.
Bunun üçün videoredaktə menyusuna daxil olub, ekranda görünəcək müvafiq işarəni basmaq kifayət edəcək.
Hazırda sözügedən funksiya test mərhələsində olan 2.21.3.13 beta-versiyasında mövcuddur.
Bununla yanaşı, mesencerin növbəti versiyasında yeni animasiyalı stikerlər əlavə olunacaq, eləcə də qrup çatında istifadəçilərin xatırlanması funksiyası yaxşılaşdırılacaq. /Oxu.az