"Virus  həyatımızdan az itki ilə çıxmalıdır" - Psixoloq

"Virus  həyatımızdan az itki ilə çıxmalıdır" - Psixoloq

"Virus  həyatımızdan az itki ilə çıxmalıdır" - Psixoloq

"Covid-19 artıq 3 ildir həyatımızaa daxil olub. Buna görə də, insanlar virusa adi qrip kimi yanaşırlar".

Bunu Polemika.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib:

"Artıq uzun bir proses keçdiyimiz üçün bir qisim insanlar virusu ciddiyə almır. Bəzən "Omikron"a yoluxduqları halda həkimə getmirlər, evdə müalicə olunurlar. Bu prosesdə psixoloji dayanıqlılıq böyük rol oynayır. Lakin bu bizi arxayın etməməlidir. Rəsmi protokolda "Omikron"a yoluxanlar üçün 1 həftə karantin nəzərdə tutulur. Halbuki pandemuya başlayanda 14 gün evdə "dustaq" olanlar vardı", - deyə psixoloq qeyd edib.

Elnur Rüstəmov əlavə edib:

"Hər insan bir cürdür. Kimisi xəstəliyi ciddiyə almır, kimisi deyir ki, məcburiyyətdən çıxmalıyam, kimisi bezib artıq. Yəni hər kəsin bir dəlili var. Maksimal dərəcədə qorunmaq lazımdır. Virus  həyatımızdan az itki ilə çıxmalıdır".

Mehri QURBAN

"Virus  həyatımızdan az itki ilə çıxmalıdır" - Psixoloq