“Vətəndaşların mənzil hüququnun təmin edilməsi üzrə tədbirlər davam etdirilir”  <font  color="red">  Ombudsmanla MÜSAHİBƏ</font>

“Vətəndaşların mənzil hüququnun təmin edilməsi üzrə tədbirlər davam etdirilir” Ombudsmanla MÜSAHİBƏ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:

 

- Səbinə xanım, aprelin 24-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında Ombudsmanın illik məruzəsi dinlənildi. Əvvəlcə illik məruzədə əksini tapmış mühüm məqamlar və rəhbərlik etdiyiniz institutun ötənilki fəaliyyəti barədə fikirlərinizi bilmək istərdik…

 

- İlk növbədə diqqətə çatdırmaq istərdim ki, 2019-cu il bütün digər sahələrdə olduğu kimi, insan hüquqlarının etibarlı müdafiəsi baxımından da uğurlu olub. Dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, icmalar və beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirən Ombudsman təsisatı Konstitusiya Qanunu ilə verilmiş səlahiyyətlər çərçivəsində insan hüquqlarının müdafiəsi sahəsində əhatəli iş aparıb, müxtəlif tədbirlər həyata keçirilib.

Bu dövr ərzində Ombudsmanın ünvanına 25 min 500 müraciət daxil olub ki, bu da əvvəlki illə müqayisədə 25 faiz çoxdur.

Müvəkkil və əməkdaşlar tərəfindən Ombudsman Aparatında və regional mərkəzlərdə, habelə respublikanın müxtəlif şəhər və rayonlarında, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə əhali qrupları ilə görüşlər keçirlib. Həmçinin, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qanunsuz miqrantların saxlanma mərkəzlərinə, hərbi hissələrə, uşaqlar, pensiya yaşına çatmış, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, internatlara, səhiyyə və təhsil müəssisələrinə baxışlar və başçəkmələr zamanı ümumilikdə 3013 şəxs qəbul edilib.

Milli Məclisin bəhs olunan iclasında diqqətə çatdırılan illik məruzədə də bu məsələlər və məqamlar əksini tapıb. Bununla yanaşı, tərəfimizdən müxtəlif məsələlərlə bağlı bir sıra təkliflər irəli sürülüb. Vətəndaşların əmək hüquqlarının səmərəli təmin edilməsi məqsədilə qanunvericiliyin davamlı olaraq təkmilləşdirilməsi, uşağa qulluq edən ananın məzuniyyət müddətini seçmək və müəyyən edilmiş məbləğdə verilən müavinətin həddini həmin müddətə uyğunlaşdırmaq hüququnun daha səmərəli təmin edilməsi məqsədilə Əmək Məcəlləsinə əlavələr edilməsi, vətəndaşların mənzil hüququnun  səmərəli təmin edilməsi üzrə tədbirlərin davam etdirilməsi və digər məsələlərlə bağlı təkliflər bu qəbildən olan nümunələr sırasında yer alır. 

Bütövlükdə, illik fəaliyyətin təhlili göstərir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı müdafiəsi və səmərəli təmin edilməsi məqsədi ilə dövlət qurumları və bələdiyyələr tərəfindən Ombudsmanın müraciətlərinə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılması, şikayətlərdə əks etdirilmiş halların təxirə salınmadan yoxlanılması və cavablandırılması işinə diqqət artırılmalıdır. Başqa sözlə, müraciətlərin təhlili prosesində formalaşmış və Ombudsman tərəfindən səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş, həmçinin illik məruzələrdə öz əksini tapmış təklif və tövsiyələrə diqqətlə yanaşılması və həlli üzrə tədbirlər görülməsi vacibdir.

 

- Yeri gəlmişkən, Ombudsmanın müvafiq təklifi nəzərə alınaraq Azərbaycan Prezidentinin Fərmanına əsasən, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslər siyahısına “ən azı, 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs”lər əlavə edilib. Bu məsələ ilə bağlı nə söyləmək olar?

 

- Ümumiyyətlə, vətəndaşların mənzil hüququnun müdafiəsi Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərdən biri kimi daim diqqət mərkəzindədir. Ölkə Prezidentinin göstərişlərinə müvafiq olaraq, respublikamızda, xüsusilə Bakı şəhərində vətəndaşların mənzil hüququnun gerçəkləşdirilməsi sahəsində kompleks tədbirlər davam etdirilir.  Yeni yaşayış binalarının, eləcə də mənzilə ehtiyacı olan şəxslərin real imkanlarına uyğun sosial mənzillərin tikintisi böyük vüsət alıb. Yaşayışın və məskunlaşmanın hüquqi təminatı, infrastruktur baxımından müyəssərlik, əlçatanlıq, yaşayış üçün yararlılıq, yerləşmə yeri, mədəni baxımdan uyğunluq bu hüququn təmin edilməsinin əsasını təşkil edir. Sosial mənzillərdən ibarət yaşayış komplekslərinin salınması zamanı məhz bu amillərə xüsusi diqqət yetirilir.

İnsan Hüquqları üzrə Müvəkkilin ünvanına daxil olan müraciətlərin təhlili əsasında müvafiq dövlət qurumlarına təqdim edilən, illik məruzələrdə öz əksini tapan təkliflər istər qanunvericilik aktlarının qəbulu zamanı, istərsə də dövlət qurumlarının gündəlik fəaliyyətində nəzərə alınmaqdadır.  Ombudsman əhalinin mənzil hüququnun daha səmərəli təmin edilməsi məqsədilə həm illik məruzələrdə, həm də səlahiyyətli dövlət qurumlarına ünvanladığı müraciətlərdə digər məsələlərlə yanaşı, güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin dairəsinin genişləndirilməsini də təklif edib. Ən azı, 15 il ümumtəhsil məktəbində müəllim işləyən şəxslərə ipoteka kreditinin verilməsində güzəştlərin tətbiq edilməsi ilə bağlı təklif də bu sırada yer alır. Qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin yuxarıda bəhs olunan Fərmanı ilə bu kateqoriyadan olanların güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslər siyahısına əlavə edilməsi təqdirəlayiqdir. 

Bütövlükdə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan ailələrin real gəlirləri nəzərə alınmaqla müvafiq addımların atılması mənzil hüququnun etibarlı müdafiəsinə xidmət edir.

 

- Azərbaycan Prezidenti İlham Əliyev yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı 176 məhkumun azadlığa qovuşmasını təmin edən əfv Sərəncamı imzaladı. İnsan hüquqları üzrə Müvəkkil olaraq sözügedən Sərəncamın icrası prosesində iştirak etdiniz. Bütövlükdə, bu humanist addımın əhəmiyyəti barədə nə deyə bilərsiniz? 

 

- Əvvəlcə qeyd edim ki, yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin müvafiq tapşırıqları və göstərişləri əsasında profilaktik – preventiv və mübarizə xarakterli zəruri, təxirəsalınmaz tədbirlər uğurla davam etdirilir. Əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, dövlət başçısının 6 aprel 2020-ci il tarixdə “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalaması da bu baxımdan xüsusi qeyd edilməlidir. Xatırladım ki, dünyada yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.  Qeyd olunmalıdır ki, bu əfv Sərəncamı ilə 10 məhkum Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, Ombudsman tərəfindən verilən müraciətlər nəzərə alınmaqla azadlığa buraxılıb. Ümumilikdə, müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib ki, bu da humanizm siyasətinin bariz nümunəsi - əyani ifadəsidir.  

   

- Pandemiya şəraitində Ombudsman Aparatı ölkəmizdə həyata keçirilən tədbirlərə öz dəstəyini hansı formada ifadə edib? 

 

- 2020-ci il üçün ölkəmizin qarşısında yeni çağırışlar durur. Azərbaycanın dayanıqlı inkişafının təmin olunması üçün hər bir funksional qurumun, o cümlədən Ombudsman təsisatının öz fəaliyyətini ictimai maraqlar və dövlətin strateji mənafeyi əsasında davam etdirməsi, bu kontekstdə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müvafiq vəzifələrin layiqincə yerinə yetirilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, bu, bütün dünyanı cənginə almış koronavirus pandemiyasının əhalinin sağlamlığına və sosial rifahına təsirlərinin minimum endirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Konkret olaraq Ombudsman Aparatı yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub. Təsisat əvvəlcə bu ümummilli məsələdə dövlətin həyata keçirdiyi yüksək təhlükəsizlik tədbirlərini, atdığı qətiyyətli addımları dəstəkləyərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

COVID-19 infeksiyasının yayılması ilə əlaqədar  ölkədə karantin rejimi elan olunduğu dövrdən tərəfimizdən əhaliyə çağırış ünvanlanıb, monitorinqlər aparılıb, bu ərəfədə həyata keçirilən fəaliyyət çərçivəsində əlilliyi olan şəxslərin, miqrantların, uşaqların hüquqlarının, habelə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə xüsusi karantin rejimi zamanı əhali qruplarının hüquqlarının təmini ilə bağlı təklif və tövsiyələr verilib, dövlət qurumlarına, vətəndaş cəmiyyəti institutlarına, sahibkarlıq subyektlərinə müraciətlər edilib. Eləcə də əhalinin maarifləndirilməsi məqsədilə #evdəqal həştəqi ilə videoçarx hazırlanıb, aztəminatlı ailələrə dəstək göstərilib.

Bunlarla yanaşı, ölkədə yaranmış mövcud epidemioloji vəziyyətlə əlaqədar Ombudsmanın Aparatında və regional mərkəzlərində həyata keçirilən vətəndaşların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, poçt, onlayn müraciət, e-mail, faks, sosial şəbəkələr (facebook, twitter), habelə qaynar xətlər vasitəsi müraciət imkanları təmin edilib. 

 

- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin  “İnsan Hüquqları Aylığı”nın elan olunması barədə müraciəti oldu. Bu barədə fikirlərinizi bilmək istərdik... 

 

- Bildiyimiz kimi, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkəmizin vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilib. Eyni zamanda, 18 iyun respublikamızda Milli İnsan Hüquqları Günüdür. Ombudsmanın təşəbbüsü ilə hər il 18 may - 18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı” elan olunur  və bu ərəfədə müxtəlif qurumlar tərəfindən ölkənin bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər keçirilir. Bu il də müvafiq müraciət qəbul olunaraq bəyan edilib.  Hesab edirik ki, pandemiya şəraitində əhali qruplarının hüquqi maarifləndirilməsi, xüsusilə də sağlamlıq hüquqlarının təbliğinə əsaslanan məlumatlandırma tədbirləri və digər istiqamətdə işlər canlı təmas olmadan, müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə həyata keçirilə bilər...

 

- Səbinə xanım, yeri gəlmişkən, xüsusi karantin rejiminin yumşaldılması fonunda koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmaması üçün vacib amil olan vətəndaş məsuliyyəti ilə əlaqədar nə söyləmək olar?

- Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması, o cümlədən əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər ardıcıl xarakter daşıyır. Bununla yanaşı, mövcud vəziyyət və ümumi tendensiya nəzər alınaraq karantin rejiminin mərhələli şəkildə yumşaldılması istiqamətində müvafiq qərarlar qəbul edərək müəyyən addımlar atılır.  Təbii ki, karantin rejiminin yumşaldılması pandemiyanın bitməsi, təhlükənin sovuşması demək deyil. Ona görə də hər bir şəxs müəyyən olunmuş qaydalara əməl və sosial izolyasiya tələblərinə riayət etməklə özünü, ətrafındakıları və bütövlükdə cəmiyyəti qorumalıdır. Yəni cəmiyyətin yenə də ciddi vətəndaş məsuliyyətinə ehtiyacı var. Cəmiyyət üzvlərinin sosial məsuliyyət nümayiş etdirərək, dövlətin həyata keçirdiyi tədbirlərə ictimai dəstək vermələri sayəsində pandemiya dövrünü minimum itkilərə geridə qoyaq bilərik. 

Related Posts

Xəbərlər

Vətən Müharibəsi belə başladı - Video

00:25

Azərbaycanda Anım Günüdür

00:05

Mərkəzi Kəşfiyyat İdarəsində Assanjın öldürülməsi müzakirə edildi

00:05

Bakı Media Mərkəzi 27 sentyabr Anım Gününə həsr olunmuş çarx hazırladı - Video

23:45

“Paşinyan erməni diasporuna qulaq asmaqla böyük səhv etdi” - Metyu Brayza

23:15

“Hələ də düşməni məhv etmək hissi ilə yaşayıram” - Albert Aqarunova bənzədilən tankçı

22:55

“Türkiyə ABŞ əsgərlərinin Suriya və İraqdan çıxmasını istəyərdi” - Ərdoğan

22:55

SEPAH-ın araşdırma mərkəzində yanğın: Yaralılar var

22:25

Korona əleyhinə sprey kəşf edildi: “8 saat virusu yaxın buraxmır”

22:05

Maykl Cordanın oğlu həbs edildi

21:55

Azərbaycanlı bəstəkar vəfat etdi - Foto

21:35

İlham Əliyev Anım Günü ilə bağlı paylaşım etdi - Foto

21:25

Bakının kosmosdan yeni FOTOLARI

21:15

Ağstafa sakininin bağda meyiti tapıldı

21:00

Payızda yuxunu yaxşılaşdıracaq 7 qida

20:40

Finlandiyada Anım Günü ilə bağlı aksiya keçirildi - Fotolar

20:30

Suriyanın şimalında 6 PKK terroçusu zərərsizləşdirildi

20:20

ABŞ-da polis sahildə idmançını güllələdi

20:00

Daha bir cüdoçumuz Qran-pridə qızıl medal qazandı

19:55

Anım gününə yeni mahnı həsr olundu - Video

19:40

Binəqədi və Xəzər rayonları yağış sularından təmizləndi

19:25

“Neftçi” “Sabah”ı məğlub etdi

19:15

Kriminal avtoritet məhkəmə zalında öldürüldü - ANBAAN VİDEO

18:55

Qarabağda nə baş verir? - Ağdərə rayonu, Xocalı və Xocavəndin mərkəzi...

18:35

Qənirə Paşayeva uzun illər erməni əsirliyində qalmış Şahbaz Quliyevlə görüşdü

18:35

Saatlıda mağaza yandı

18:10

Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında növbəti uçuşu - Fotolar

18:10

Peskov Putin və Ərdoğanın münasibətlərindən danışdı

17:40

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi - 10 erməni mövqeyi tamamilə partladılıb...

17:25

İran silkələndi

17:15

Xorvatiya Qran-prisi: Azərbaycan cüdoçusu finalda

16:45

Azərbaycanda koronavirusla bağlı son statistika - 24 nəfər öldü

16:40

Vətən müharibəsi qazisi 10 ay sonra yaralandığı yerdə - Video

16:15

“Artıq tapşırıq aldılar, total hücuma keçiblər...” - Fazil Mustafa

16:10

Qusarda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlandı

16:00

İsveçdə şəhidlərimiz yad edildi

15:45

SON DƏQİQƏ: Laçın dəhlizində Azərbaycan bayrağı dalğalanır - Video

15:25

Şəhid övladları Şuşada ağacəkmə aksiyasında iştirak ediblər - Fotolar

15:15

Bakıda kişi meyiti aşkarlandı

15:10

“Heç bir mağazaya borcum yoxdur, məni camaatın dilinə salmayın, Allahdan qorxun...” - Xalq artisti

14:55

Sabah bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq

14:55

İstanbulda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirildi - Fotolar

14:45

“Heç bir mağazaya borcum yoxdur, məni camaatın dilinə salmayın, Allahdan qorxun...”

14:40

Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapıldı

14:25

31 yaşlı azərbaycanlı həkim Türkiyədə vəfat etdi

14:15

Azərbaycanlı həkim 31 yaşında Türkiyədə vəfat etdi

14:05

Azərbaycanlı oliqarxın qohumunun “Rolls-Royce” avtomobili qəzaya düşdü - Fotolar

13:55

“Dərinləşən xaos bütün cəmiyyət üzvlərini ciddi narahat etməlidir” 

13:30

Neft bahalaşır, maaşlar da artacaq?

13:15

Azərbaycan ordusunun, xalqının gücü sayəsində qələbə qazanıdı - Türkiyəli hərbi ekspert

13:00

4 manat 20 qəpik idi, indi 9 manat 95 qəpik olub...

12:50

Ermənilər Azərbaycan səfirliyinin binasına hücum edib 

12:35

Prezident İlham Əliyev xalqa müraciət edəcək

12:25

Xankəndidən video yayan ermənini həbs etdilər

12:20

VHP-nin 29 yaşı tamam oldu

11:55

Ərdoğanın Krımla bağlı fikirlərindən sonra Rusiyada Türkiyə pomidorlarında virus “aşkarlanıb”

11:35

Normal cinsi münasibət nə qədər davam etməlidir?

11:20

İran parlamentinin daha bir deputatı Azərbaycanın qələbəsinə kin qusdu

11:05

Azərbaycana ilk qar yağdı - Foto

11:00

Keçmiş nazir polisləri öz fermasında işlədirmiş

10:45

“İnstagram” parolunu vermədiyinə görə arvadını öldürdü - Bakıda dəhşətli qətl

10:05

Maşınları əzən sürücü: “Marixuana çəkmişdim, vəziyyətim yaxşı deyildi”

09:35

Əsgərlərimiz Göyçə gölünün yaxınlığında bayraq qaldırdı – Video

09:20

Putinin istirahəti: əlində çomaqla dağlarda gəzir, balıq tutur – Video

08:55

İran sərhədində bir tondan çox narkotik tutuldu

08:25

Ermənistan MN öz xalqını “ordumuz” var deyə aldadır: Növbəti dəfə ifşa olundular - Foto

26 Sen 2021 02:00

Lerikdə bərbər bıçaqlandı

25 Sen 2021 23:15

Əsaslı təmir olunan “Şair Sabir” gəmisi yenidən xarici sulara yola salındı

25 Sen 2021 22:50

AQTA bir neçə restoranı cərimələdi - Siyahı

25 Sen 2021 21:50

Hidayət Heydərov sevimli çəkisinə dönüşünü “qızıl”la qeyd etdi

25 Sen 2021 21:35

Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin keçmiş rəhbəri saxlanıldı

25 Sen 2021 21:00

Qaxda polis şəhid ailələrini ziyarət etdi - Fotolar

25 Sen 2021 20:20

Azərbaycanla Türkiyənin Gənclər və İdman nazirlikləri işçi qrup yaradacaq

25 Sen 2021 19:55

“Qarabağ” “Keşlə” ilə matçda xal itirdi

25 Sen 2021 19:45

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı, 18 nəfər öldü - Foto

25 Sen 2021 16:40

Kriminal dünyada yeni savaş: “Lotu Quli”nin qisası alınır?

25 Sen 2021 15:25

Vəfa Şərifovanın milyonluq villası - Video

25 Sen 2021 14:00

Nazir kinoteatrların açılmasından danışdı: “Müəyyən şərtlər var“

25 Sen 2021 13:50

Usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq etdi - Video

25 Sen 2021 13:40

“Pişik“ Günel virusa yoluxub?

25 Sen 2021 13:20

Azərbaycan çempionatında 5-ci tur: “Qarabağ“ “Keşlə“yə, “Zirə“ “Səbail“ə qarşı

25 Sen 2021 13:00

Bakıda məhkumdan silah götürüldü

25 Sen 2021 12:50

Afaq Bəşirqızı teatrların açılması haqda: “Hər şeyə Operativ Qərargah cavabdehdir”

25 Sen 2021 12:20

Dilarə Kazımovanın qəribə rəqsi gündəm oldu

25 Sen 2021 12:20

Kiprdəki futbolçumuzdan xəbər var: Meydana çıxdı, komandası xal qazandı

25 Sen 2021 12:10

Azəri qızı Günel İbrahim Tatlısəslə bir arada - “Atamdır”

25 Sen 2021 11:40

Azarkeşlər nə vaxt “İmarət“ stadionuna toplaşacaq?

25 Sen 2021 11:30

“Azərbaycanda gündə 7 min qazanırdı, Almaniyada yataqxanada qalır“ - “O naşükür Bakıya gətirilməlidir!“

25 Sen 2021 11:20

Gənclər və idman naziri TEKNOFEST-ə qatıldı

25 Sen 2021 11:00

Şoumen evlərini satlb pulu faizə yatırdı

25 Sen 2021 10:15

Azərbaycan nefti yenə bahalaşdı: 80 dollara çatır

25 Sen 2021 10:10

“27 yaşlı oğul ata-ana əlinə baxmamalıdır“ - Xoşqədəm

25 Sen 2021 10:05

FHN-in sabiq şöbə müdiri məhkəmə zalında həbs edildi

25 Sen 2021 09:30

Dükanlara borclu qalan Xalq artistimiz: Yerişini də itirmək üzrədir... - Fotolar

25 Sen 2021 00:50

Pakistan şirkətləri Azərbaycana avtomobil nəqliyyatı ilə yükdaşımalara başladı

24 Sen 2021 23:50

Tacir Şahmalıoğlu Şuşada “Qarabağ” oxudu - Video

24 Sen 2021 21:25

Fulya Öztürkün verilişində şok: “3 gün arvadı ilə, 4 gün mənimlə olacaq...”

24 Sen 2021 21:05

Azercell Mobil Müştəri Xidmətləri Şuşada - Video

24 Sen 2021 19:00

Sərdar Ortac üzr istədi

24 Sen 2021 17:55

Dünya şöhrətli fotojurnalist Reza Deqati: “İran istəmir ki, Azərbaycan müstəqil olsun”

24 Sen 2021 16:40

Ramin Bayramlı universitetdəki işindən də ayrıldı

24 Sen 2021 16:30

“Şuşa haqda anlayışı olmayanlar hər gün ordadır“ - Əməkdar artistdən etiraz

24 Sen 2021 15:10

Bakcell və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib

24 Sen 2021 15:10

İlham Əliyev İraqın neft nazirini qəbul edib 

24 Sen 2021 14:50

Koronavirusun simptomları dəyişib – İddia

24 Sen 2021 14:20

Nənəsi öləndən sonra babası ilə evləndi - Fotolar

24 Sen 2021 14:10

Şuşalılar nə vaxt köçəcək? - Prezidentdən açıqlama

24 Sen 2021 13:40

Müharibə vaxtı tuman altda gizlənmişdi, indi yenə dili bir qarış olub...

24 Sen 2021 11:00

Bəzi banklar özəlləşdirilə bilər

24 Sen 2021 09:10

Pomidor nə üçün kəskin bahalaşıb? - VİDEO

24 Sen 2021 07:50

COVİD pasportlarının saxtalığını yoxlayan cihaz gətiriləcək? - RƏSMİ AÇIQLAMA

24 Sen 2021 01:20

Mediasiya Şurasının geniş iclası keçirildi

24 Sen 2021 00:20

Xalq artisti haqda sənədli film 

23 Sen 2021 17:10

Azərbaycan nefti bahalaşdı: 77 dollara çatdı

23 Sen 2021 11:50

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı, 17 nəfər öldü - Foto

22 Sen 2021 20:50

Azərbaycanlı hakerlərdən separatçılara unudulmaz DƏRS - “Nazirliy”in saytını darmadağın etdilər

22 Sen 2021 19:20

Allahşükür Paşazadədən dini liderlərə qadağa: “Cavab verməyin!”

22 Sen 2021 14:30

Rasim Balayev 35 il sonra ailəsi ilə Şuşada - Eyni məkanda

22 Sen 2021 13:50

Etibar Pirverdiyevin oğlu Bakıda “Porsche“ ilə “avtoş“luq etdi - VİDEO

22 Sen 2021 12:30

“Əvvəl Mədəniyyət Nazirliyi özünü çox mədəni aparırdı” – Bir kitablıq problem

22 Sen 2021 09:30

Azərbaycan ailələrində sonsuzluq böhranı: “Kişilərin impotensiyası...”

22 Sen 2021 08:00

Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı, 26 nəfər öldü - Foto

21 Sen 2021 19:10

İqtisadiyyat nazirliyinə yeni səlahiyyətlər verildi 

21 Sen 2021 15:20

Nazir: “Türkiyə Rusiya ilə yeni qaz müqaviləsi imzalanacağına ümid edir”

21 Sen 2021 14:50

Azercell Ağdamda keçirilən ilk Beynəlxalq elmi-praktik konfransı internet şəbəkəsi ilə təmin edib

21 Sen 2021 09:50

“Azercell” Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin etdi

21 Sen 2021 00:20

Azərbaycanda koronavirsa yoluxanların sayı kəskin azaldı, 22 nəfər öldü - Foto

20 Sen 2021 18:40

Azərbaycanda bu maşınların gömrük rüsumu ləğv olunmalıdır

20 Sen 2021 08:00

Benzinin qiymətindəki dəyişikliyin maşın bazarına təsiri - Video

19 Sen 2021 18:00

“Fətva ilə torpaqları azad etmək olsaydı, bu, çoxdan baş verərdi” – Rafiq Əliyev 

18 Sen 2021 10:40

Azərbaycanda “Chevrolet” və ISUZU-nun satışa çıxarılacağı vaxt açıqlandı - QİYMƏTLƏR

17 Sen 2021 20:45

“Azercell” abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna birbaşa ianə imkanı yaradıldı

17 Sen 2021 19:15

“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul

17 Sen 2021 14:15

“Onlar ölüyə müştəri gözü ilə baxır” – Elşad Miridən Şeyxin idarəsinə ittiham

17 Sen 2021 14:15

“Hər addımbaşı nadanlıq və heyvərəliklə üzləşirsən” - Şərif Ağayar

15 Sen 2021 16:40

Azərbaycanda bu avtomobillərin qiyməti bahalaşıb

15 Sen 2021 09:30

“Google” 177 milyon dollar cərimələndi

14 Sen 2021 19:55

Əncir ağacına sitayiş edənlər...

14 Sen 2021 11:05

Azərbaycanda yeni kiberhücumlar yayılır - Bu zəngləri açmayın

13 Sen 2021 19:45

Avtomobil alarkən EHTİYYATLI OLUN: Dələduz alverçilər peyda olub

13 Sen 2021 18:35

Peşəkardan xəbərdarlıq: “Görüntülü zənglərə intim hərəkətlə cavab verməyin“

13 Sen 2021 10:20

Sükansız və pedalsız elektromobil istehsal olunacaq

12 Sen 2021 16:50

İranın keçmiş Baş naziri: “Bakıda məni 2 dəfə öldürmək istədilər”

03 Sen 2021 15:15

“Məst, həzz, bihuş olmaq niyyəti ilə...” – Şeyxdən vacib açıqlama 

02 Sen 2021 14:00

Azərbaycanda vaksin müsibəti: “Kim bacarır, özünü qabağa salır”

01 Sen 2021 16:35

Maştağada işıq sayğacına quraşdırılan radar... - Video

31 Avq 2021 14:05

“Dindən uzaqlaşan gəncləri qınamıram” -  Hacı Şahin

31 Avq 2021 09:30

Avtomobil bazarında bahalaşma - SƏBƏBLƏR

30 Avq 2021 08:30

“Taliban“ Qarabağda: Həmişə döyüş və qətliam meydanı olmuş daha bir bölgə - ARAŞDIRMA

28 Avq 2021 14:00

“Fırıldaqçı imamlardan biri başqasının arvadını...” – Rafiq Əliyev 

27 Avq 2021 08:40

“Fırıldaqçı “imam”lardan biri başqasının arvadını özü ilə saxlayırdı” - Dini komitənin sabiq sədri

27 Avq 2021 01:10

“Həzrəti Mehdi niyə gəlib insanlardan pul yığsın ki?!” - Hacı Şahin

25 Avq 2021 22:20

“Xəstə ölür artıq, indi biz nə edək?” – Səhiyyədən daha bir şikayət

25 Avq 2021 10:20

İmam 10 ildir zühur edib, xəbərimiz yoxdu

24 Avq 2021 20:10

Azərbaycana gətirilən bu avtomobillərdə ciddi problemlər aşkarlanır

23 Avq 2021 08:55

“Bizi dünənə çəkirlər ki, qoyun vəziyyətinə qalaq” 

14 Avq 2021 13:45

Qazimiz ağır durumda: “Bəs mən nə edim?!”

13 Avq 2021 15:40

Övladını prokuror görmək istəyənlərin savaşı

13 Avq 2021 11:50

Tərtərdə bomba düşən evlər niyə təmir olunmur?

09 Avq 2021 10:15

“Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq”

06 Avq 2021 10:10

Zəngəzurdan, İrəvandan danışırlar, Xankəndidən yox...

05 Avq 2021 10:55

Bu rayonda neçə icra başçısı var?

03 Avq 2021 09:35

Anar: “Şou-biznesdə elə adamlar var ki, Təhminə onların yanında rahibədir“ - Video

29 İyl 2021 16:15

Özünü pələng hesab edənlərin heç çöl pişiyi də olmadığı...

29 İyl 2021 13:25

Elmar Vəliyevin oğlu ilə bağlı qalmaqal 

29 İyl 2021 09:30

Özü məzara, ailəsi isə bu evə sığdı: Səhid ailəsindən müraciət - Fotolar

26 İyl 2021 11:50

Azərbaycan yazıçısı Vikinqlərin qurbangahında

26 İyl 2021 11:50

Vəfa Şərifovanın itinə baxmağa talibəm...

13 İyl 2021 09:50

Saatlıda su aksiyası: İcra başçısı hadisə yerinə gəlib

11 İyl 2021 09:10

Vətən Müharibəsində qalib olan əsgəri bank məğlub etdi

09 İyl 2021 10:05

“Pandemiya başa çatmayıb, bu virus dolaşacaq” Prezidentlə MÜSAHİBƏ

19 May 2020 17:25

“Mühacirət həyatı 30 ildən sonra məni də “əzdi”” MÜSAHİBƏ

19 May 2020 16:00

Şəhid abidələrimiz Natavan, Hacıbəyli, Bülbül gec-tez Qarabağa qayıdacaq - Jalə Əliyeva

19 May 2020 15:55

“Vətəndaşların mənzil hüququnun səmərəli təmin edilməsi üzrə tədbirlər davam etdirilir” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 15:35

“Vətəndaşların mənzil hüququnun təmin edilməsi üzrə tədbirlər davam etdirilir” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 15:30

“Cəmiyyətin ciddi vətəndaş məsuliyyətinə ehtiyacı var” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 13:40

“İndi xalq bizdən əsər yox, adamlıq gözləyir”  Əkrəm Əylisli ilə MÜSAHİBƏ

17 May 2020 09:00

Qeydə alınan partiyanın sədri planlarını AÇDI: “Biz o boşluğu doldurmağa çalışacağıq” MÜSAHİBƏ

15 May 2020 09:45

“Avropa İttifaqı Şurasının qərarı cənab İlham Əliyevin növbəti qələbəsidir” MÜSAHİBƏ

14 May 2020 17:00

“Avropa İttifaqı Şurasının qərarı cənab İlham Əliyevin növbəti qələbəsidir”

14 May 2020 14:55
All