“Vətəndaşların mənzil hüququnun səmərəli təmin edilməsi üzrə tədbirlər davam etdirilir”  <font  color="red">  Ombudsmanla MÜSAHİBƏ</font>

“Vətəndaşların mənzil hüququnun səmərəli təmin edilməsi üzrə tədbirlər davam etdirilir” Ombudsmanla MÜSAHİBƏ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:

 

- Səbinə xanım, aprelin 24-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında Ombudsmanın illik məruzəsi dinlənildi. Əvvəlcə illik məruzədə əksini tapmış mühüm məqamlar və rəhbərlik etdiyiniz institutun ötənilki fəaliyyəti barədə fikirlərinizi bilmək istərdik…

 

- İlk növbədə diqqətə çatdırmaq istərdim ki, 2019-cu il bütün digər sahələrdə olduğu kimi, insan hüquqlarının etibarlı müdafiəsi baxımından da uğurlu olub. Dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, icmalar və beynəlxalq təşkilatlarla işgüzar əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirən Ombudsman təsisatı Konstitusiya Qanunu ilə verilmiş səlahiyyətlər çərçivəsində insan hüquqlarının müdafiəsi sahəsində əhatəli iş aparıb, müxtəlif tədbirlər həyata keçirilib.

Bu dövr ərzində Ombudsmanın ünvanına 25 min 500 müraciət daxil olub ki, bu da əvvəlki illə müqayisədə 25 faiz çoxdur.

Müvəkkil və əməkdaşlar tərəfindən Ombudsman Aparatında və regional mərkəzlərdə, habelə respublikanın müxtəlif şəhər və rayonlarında, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə əhali qrupları ilə görüşlər keçirlib. Həmçinin, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qanunsuz miqrantların saxlanma mərkəzlərinə, hərbi hissələrə, uşaqlar, pensiya yaşına çatmış, habelə əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, internatlara, səhiyyə və təhsil müəssisələrinə baxışlar və başçəkmələr zamanı ümumilikdə 3013 şəxs qəbul edilib.

Milli Məclisin bəhs olunan iclasında diqqətə çatdırılan illik məruzədə də bu məsələlər və məqamlar əksini tapıb. Bununla yanaşı, tərəfimizdən müxtəlif məsələlərlə bağlı bir sıra təkliflər irəli sürülüb. Vətəndaşların əmək hüquqlarının səmərəli təmin edilməsi məqsədilə qanunvericiliyin davamlı olaraq təkmilləşdirilməsi, uşağa qulluq edən ananın məzuniyyət müddətini seçmək və müəyyən edilmiş məbləğdə verilən müavinətin həddini həmin müddətə uyğunlaşdırmaq hüququnun daha səmərəli təmin edilməsi məqsədilə Əmək Məcəlləsinə əlavələr edilməsi, vətəndaşların mənzil hüququnun  səmərəli təmin edilməsi üzrə tədbirlərin davam etdirilməsi və digər məsələlərlə bağlı təkliflər bu qəbildən olan nümunələr sırasında yer alır. 

Bütövlükdə, illik fəaliyyətin təhlili göstərir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı müdafiəsi və səmərəli təmin edilməsi məqsədi ilə dövlət qurumları və bələdiyyələr tərəfindən Ombudsmanın müraciətlərinə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılması, şikayətlərdə əks etdirilmiş halların təxirə salınmadan yoxlanılması və cavablandırılması işinə diqqət artırılmalıdır. Başqa sözlə, müraciətlərin təhlili prosesində formalaşmış və Ombudsman tərəfindən səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş, həmçinin illik məruzələrdə öz əksini tapmış təklif və tövsiyələrə diqqətlə yanaşılması və həlli üzrə tədbirlər görülməsi vacibdir.

 

- Yeri gəlmişkən, Ombudsmanın müvafiq təklifi nəzərə alınaraq Azərbaycan Prezidentinin Fərmanına əsasən, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslər siyahısına “ən azı, 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs”lər əlavə edilib. Bu məsələ ilə bağlı nə söyləmək olar?

 

- Ümumiyyətlə, vətəndaşların mənzil hüququnun müdafiəsi Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərdən biri kimi daim diqqət mərkəzindədir. Ölkə Prezidentinin göstərişlərinə müvafiq olaraq, respublikamızda, xüsusilə Bakı şəhərində vətəndaşların mənzil hüququnun gerçəkləşdirilməsi sahəsində kompleks tədbirlər davam etdirilir.  Yeni yaşayış binalarının, eləcə də mənzilə ehtiyacı olan şəxslərin real imkanlarına uyğun sosial mənzillərin tikintisi böyük vüsət alıb. Yaşayışın və məskunlaşmanın hüquqi təminatı, infrastruktur baxımından müyəssərlik, əlçatanlıq, yaşayış üçün yararlılıq, yerləşmə yeri, mədəni baxımdan uyğunluq bu hüququn təmin edilməsinin əsasını təşkil edir. Sosial mənzillərdən ibarət yaşayış komplekslərinin salınması zamanı məhz bu amillərə xüsusi diqqət yetirilir.

İnsan Hüquqları üzrə Müvəkkilin ünvanına daxil olan müraciətlərin təhlili əsasında müvafiq dövlət qurumlarına təqdim edilən, illik məruzələrdə öz əksini tapan təkliflər istər qanunvericilik aktlarının qəbulu zamanı, istərsə də dövlət qurumlarının gündəlik fəaliyyətində nəzərə alınmaqdadır.  Ombudsman əhalinin mənzil hüququnun daha səmərəli təmin edilməsi məqsədilə həm illik məruzələrdə, həm də səlahiyyətli dövlət qurumlarına ünvanladığı müraciətlərdə digər məsələlərlə yanaşı, güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin dairəsinin genişləndirilməsini də təklif edib. Ən azı, 15 il ümumtəhsil məktəbində müəllim işləyən şəxslərə ipoteka kreditinin verilməsində güzəştlərin tətbiq edilməsi ilə bağlı təklif də bu sırada yer alır. Qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin yuxarıda bəhs olunan Fərmanı ilə bu kateqoriyadan olanların güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslər siyahısına əlavə edilməsi təqdirəlayiqdir. 

Bütövlükdə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan ailələrin real gəlirləri nəzərə alınmaqla müvafiq addımların atılması mənzil hüququnun etibarlı müdafiəsinə xidmət edir.

 

- Azərbaycan Prezidenti İlham Əliyev yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı 176 məhkumun azadlığa qovuşmasını təmin edən əfv Sərəncamı imzaladı. İnsan hüquqları üzrə Müvəkkil olaraq sözügedən Sərəncamın icrası prosesində iştirak etdiniz. Bütövlükdə, bu humanist addımın əhəmiyyəti barədə nə deyə bilərsiniz? 

 

- Əvvəlcə qeyd edim ki, yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin müvafiq tapşırıqları və göstərişləri əsasında profilaktik – preventiv və mübarizə xarakterli zəruri, təxirəsalınmaz tədbirlər uğurla davam etdirilir. Əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, dövlət başçısının 6 aprel 2020-ci il tarixdə “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalaması da bu baxımdan xüsusi qeyd edilməlidir. Xatırladım ki, dünyada yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.  Qeyd olunmalıdır ki, bu əfv Sərəncamı ilə 10 məhkum Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, Ombudsman tərəfindən verilən müraciətlər nəzərə alınmaqla azadlığa buraxılıb. Ümumilikdə, müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib ki, bu da humanizm siyasətinin bariz nümunəsi - əyani ifadəsidir.  

   

- Pandemiya şəraitində Ombudsman Aparatı ölkəmizdə həyata keçirilən tədbirlərə öz dəstəyini hansı formada ifadə edib? 

 

- 2020-ci il üçün ölkəmizin qarşısında yeni çağırışlar durur. Azərbaycanın dayanıqlı inkişafının təmin olunması üçün hər bir funksional qurumun, o cümlədən Ombudsman təsisatının öz fəaliyyətini ictimai maraqlar və dövlətin strateji mənafeyi əsasında davam etdirməsi, bu kontekstdə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müvafiq vəzifələrin layiqincə yerinə yetirilməsi vacibdir. Nəzərə almaq lazımdır ki, bu, bütün dünyanı cənginə almış koronavirus pandemiyasının əhalinin sağlamlığına və sosial rifahına təsirlərinin minimum endirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Konkret olaraq Ombudsman Aparatı yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub. Təsisat əvvəlcə bu ümummilli məsələdə dövlətin həyata keçirdiyi yüksək təhlükəsizlik tədbirlərini, atdığı qətiyyətli addımları dəstəkləyərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

COVID-19 infeksiyasının yayılması ilə əlaqədar  ölkədə karantin rejimi elan olunduğu dövrdən tərəfimizdən əhaliyə çağırış ünvanlanıb, monitorinqlər aparılıb, bu ərəfədə həyata keçirilən fəaliyyət çərçivəsində əlilliyi olan şəxslərin, miqrantların, uşaqların hüquqlarının, habelə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə xüsusi karantin rejimi zamanı əhali qruplarının hüquqlarının təmini ilə bağlı təklif və tövsiyələr verilib, dövlət qurumlarına, vətəndaş cəmiyyəti institutlarına, sahibkarlıq subyektlərinə müraciətlər edilib. Eləcə də əhalinin maarifləndirilməsi məqsədilə #evdəqal həştəqi ilə videoçarx hazırlanıb, aztəminatlı ailələrə dəstək göstərilib.

Bunlarla yanaşı, ölkədə yaranmış mövcud epidemioloji vəziyyətlə əlaqədar Ombudsmanın Aparatında və regional mərkəzlərində həyata keçirilən vətəndaşların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, poçt, onlayn müraciət, e-mail, faks, sosial şəbəkələr (facebook, twitter), habelə qaynar xətlər vasitəsi müraciət imkanları təmin edilib. 

 

- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin  “İnsan Hüquqları Aylığı”nın elan olunması barədə müraciəti oldu. Bu barədə fikirlərinizi bilmək istərdik... 

 

- Bildiyimiz kimi, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkəmizin vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilib. Eyni zamanda, 18 iyun respublikamızda Milli İnsan Hüquqları Günüdür. Ombudsmanın təşəbbüsü ilə hər il 18 may - 18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı” elan olunur  və bu ərəfədə müxtəlif qurumlar tərəfindən ölkənin bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər keçirilir. Bu il də müvafiq müraciət qəbul olunaraq bəyan edilib.  Hesab edirik ki, pandemiya şəraitində əhali qruplarının hüquqi maarifləndirilməsi, xüsusilə də sağlamlıq hüquqlarının təbliğinə əsaslanan məlumatlandırma tədbirləri və digər istiqamətdə işlər canlı təmas olmadan, müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə həyata keçirilə bilər...

 

- Səbinə xanım, yeri gəlmişkən, xüsusi karantin rejiminin yumşaldılması fonunda koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmaması üçün vacib amil olan vətəndaş məsuliyyəti ilə əlaqədar nə söyləmək olar?

- Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması, o cümlədən əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər ardıcıl xarakter daşıyır. Bununla yanaşı, mövcud vəziyyət və ümumi tendensiya nəzər alınaraq karantin rejiminin mərhələli şəkildə yumşaldılması istiqamətində müvafiq qərarlar qəbul edərək müəyyən addımlar atılır.  Təbii ki, karantin rejiminin yumşaldılması pandemiyanın bitməsi, təhlükənin sovuşması demək deyil. Ona görə də hər bir şəxs müəyyən olunmuş qaydalara əməl və sosial izolyasiya tələblərinə riayət etməklə özünü, ətrafındakıları və bütövlükdə cəmiyyəti qorumalıdır. Yəni cəmiyyətin yenə də ciddi vətəndaş məsuliyyətinə ehtiyacı var. Cəmiyyət üzvlərinin sosial məsuliyyət nümayiş etdirərək, dövlətin həyata keçirdiyi tədbirlərə ictimai dəstək vermələri sayəsində pandemiya dövrünü minimum itkilərə geridə qoyaq bilərik. 

Related Posts

Xəbərlər

Gizli toyların yerini polislərə kim xəbər verir? - Açıqlama

07:30

Azərbaycandan Yerevana 211 milyon dollar gedib? – Sensasion xəbər

07:30

“Mən nə bilim, telefona çəkməyəcək?” – Röya Ayxan 

07:20

Polisin daha bir toy əməliyyatı 

07:10

“Qarabağda fərqli idarəçilik modeli olacaq” - İlham Əliyev

02:45

İlham Əliyev ilə Lukaşenkonun qeyri-rəsmi görüşü beş saat davam etdi

02:10

Sülhməramlılar Ağdərədə nə axtarır? - Fotolar

01:45

Çempionlar Liqası: İlk yarımfinalçılar bəlli oldu

01:05

Rusiya 15 döyüş gəmisini Qara dənizə göndərdi

00:45

Navalnı Quran kitabına görə həbsxananı məhkəməyə verdi

00:25

Nazirlər Kabineti dünya çempionatının Bakıda keçirilməsinə icazə verdi

00:25

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yaydılar

23:55

Paytaxtda yeniyetmələr arasında dava: Bıçaqlananlar var

23:35

İnfeksionist: “Yoluxma sayında artım olarsa, Ramazanda qapanma olacaq” - Video

23:20

“Yaşat” Fondu cəmiyyət və dövlət birliyinin təcəssümüdür

23:10

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü vəfat etdi - Foto

22:35

Azərbaycanda vəzifəli şəxs işdən azad olundu - Foto

22:25

Cəlilabadda iki minik avtomobili toqquşdu

22:15

Vətən müharibəsi dövründə bir yumruq olan xalq Qarabağın bərpasında da birlik nümayiş etdirəcək

22:00

İdman zalları açıla bilərmi? - AÇIQLAMA

21:45

Bitkoinin qiymətində sıçrayış

21:15

Prezident Ermənistana çıxış yolunu göstərdi: Zəngəzur dəhlizi...

21:05

“Eyyub Yaqubovun bığı xoşuma gəlir” - Elza Seyidcahan

20:50

İlham Əliyev ilə Aleksandr Lukaşenkonun qeyri-rəsmi görüşü oldu

20:45

Yol polisi İsmayıllıda reyd keçirdi, cərimələnənlər var - Fotolar

20:35

Bu tibb işçiləri ilə bağlı mühüm qərar - Müddət uzadıldı

20:05

Bayden və Putin arasında telefon danışığı oldu

20:05

Şuşada bərpa işləri davam edir - FOTOREPORTAJ

19:55

Övladı olmadı, Azərbaycanı birdəfəlik tərk etdi, gözləri tutuldu... - Kinomuzun Humayı hardadır?

19:45

Rusiyada təyyarə qəzası oldu

19:35

Azərbaycan XİN-dən Ermənistana CAVAB

19:35

Rumıniyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatdı

19:15

Ağcabədidə Milli Qəhrəmanın anım mərasimi keçirildi

19:00

“Müvafiq şərtlərlə toylara icazə verilməlidir” - Deputat

18:50

“Azərbaycan bu ərazidə heç bir prosesə nəzarət etmir, bu problem 2 həftə ərzində...” - Rusiyalı ekspert

18:45

Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur

18:25

“Reuters”də yenilik: Baş redaktor qadın olacaq

18:15

Peyvənd olunan jurnalistlərin sayı açıqlandı

17:45

Bu vaksindən istifadəyə fasilə verilir - Birgə bəyanat

17:35

Heroinin Azərbaycana keçirilməsinin qarşısı belə alındı - Video

17:35

Ötən həftə aşkarlanan mina və sursatların sayı açıqlandı

17:16

Dünyanın ən böyük dovşanı oğurlandı

17:16

ATƏT-in Minsk Qrupu nə işlə məşğul olacaq? - AÇIQLAMA

17:05

COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlandı

16:45

Ayanla Nadirin səmimi görüntüləri yayıldı: “Ayıb olsun hər ikinizə” + Video 

16:45

Azərbaycanda daha 2457 nəfər COVID-19-a yoluxdu

16:35

ABŞ-da maska taxmaq qərarı ləğv olunur

16:25

Yüksək vəzifəyə təyin olunan Anar Bayramov kimdir?

16:20

Xalq artistlərinin bahalı geyimləri - Fotolar

16:15

Koçaryan virusa yoluxdu

16:05

Ermənistanda COVID-19-a yoluxanların sayı 204 mini ötdü

15:45

Bakıda iyrənc olay: 11 yaşı olarkən qohumu ilə cinsi əlaqədə olan qızın əməlləri

15:45

Beynəlxalq ekspertlər Hərbi Qənimətlər Parkında oldular

15:35

Gürcüstanda koronavirusa yoluxanların sayı 290 mini ötdü

15:35

Həkəri və Bərgüşad çaylarına farel balıqları buraxıldı

15:20

Kremldən “İsgəndər“ açıqlaması

15:15

“Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil“ - Baş infeksionist

15:05

“Azərenerji” ASC-də qanvermə aksiyası keçirildi - Fotolar

15:00

50 yaşlı Mənzurəyə efirdə şok təklif - Video

14:45

Xomeyninin nəvəsi prezidentliyə layiq görülmədi

14:35

Rusiya gəmiləri Xəzərdən Qara dənizə keçir

14:15

Tofiq Zülfüqarov XİN-in fəaliyyəti haqda: “Yeniliklər olacaq“

14:15

Xüsusi qorunma statusu olan 35 Şərq çinarı məhv edilib

13:55

“Düşməni kiçiltmək ölüm qorxusuna meydan oxumaqdır“ - Aqşin Yenisey

13:45

Quldurluq edən şəxs saxlanıldı

13:45

“Peyvəndlə bağlı saxta arayış verilməsinin qarşısı alınmalıdır” 

13:35

Daha bir toy mərasimi aşkar edildi - 6 nəfər cərimələndi

13:25

“Fəryad-2“ filminin çəkiləcəyi tarix açıqlandı - RƏSMİ

13:15

Xəstəxanalar dolur, yoluxma sürətlə artır - Sərt qapanma olacaq?

12:55

Zəngilanın Sarıqışlaq kəndindən VİDEOREPORTAJ

12:45

Məhkəmə hakimi vəfat etdi - Foto

12:45

COVID-19-a yoluxanların ağırlaşma riskini 90 faiz azaldan dərman

12:35

Aptek və evlərdən oğurluq edənlər saxlanıldı

12:25

Ovçu ərəbləri Azərbaycana bu məmur gətirib? 

12:15

Arvadını öldürən ruhi xəstənin məhkəməsi başlayır

12:05

“Beş barmağın beşi də bir ola bilir” -  Mir Şahinin yeni filmi  

11:35

Aynişan izləyicilərinə avtomobil bağışlayacaq

11:35

Ramazan ayı hansı qaydalar çərçivəsində keçiriləcək?

11:15

“Evdə tək“in məşhur aktyoru ata oldu - Fotolar

11:15

Tibbi Sığortanın xidmətlər zərfi nə vaxt dəqiqləşəcək? - RƏSMİ AÇIQLAMA

10:55

Koronavirusa yoluxan Xalq artistindən xəbər var

10:35

Müğənni təyyarədə stüardessalara hücum etdi - Foto

10:15

Gəncəli Albertin öldürülmə anı - VİDEO

09:45

Bakıda dəhşətli intihar: 14 yaşlı oğlan özünü binadan atdı

09:15

Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artırır?

08:45

“Dedim, vermirsən, cəhənnəmə vermə” – İlham Əliyev 

08:30

Öldürülən Gəncəli Albertin həyatı, düşmənləri...

08:15

“Paşinyan bacarmır, Putinə müraciət etməliyik”

08:05

“Bütün duet ortaqları eşq yaşayır” atmacası kimə ünvanlanıb?

07:45

Türkiyədə koronavirusdan daha 243 nəfər vəfat etdi - Foto

13 Apr 2021 01:45

Ermənistanın müharibədəki itkiləri 8.5 min nəfərə çata bilər - İDDİA

13 Apr 2021 01:15

Sülhməramlılar erməniləri Gəncəsərə də apardı

13 Apr 2021 00:55

Rusiya niyə Türkiyəyə aviareysləri dayandırdı? - SƏBƏB

12 Apr 2021 23:35

Avtomobillərin bu hissəsinə plyonka yapışdırılması qadağan edildi - RƏSMİ

12 Apr 2021 18:55

Anar, Kamal Abdulla və Rasim Balayev AzTV-də: Bədii Şuranın tərkibi dəyişdi - Fotolar

12 Apr 2021 18:35

Maşınlara plonka çəkilməsi ilə bağlı dəyişiklik olacaq Prezident fərman imzaladı

12 Apr 2021 18:35

“Mozalan” efirə qayıdır - Video

12 Apr 2021 17:55

Narkotik alverçisi olan aktyor: Kinodan ayrı düşməyim ucbatından...

12 Apr 2021 17:45

“Borussiya”nın futbolçuları bu gözəllə məşqə çıxır - Fotolar

12 Apr 2021 16:15

Afaq Bəşirqızının oğluna yüksək vəzifə verildi

12 Apr 2021 15:45

Nazirlikdən İqbal Ağazadəyə ağır sözlər: Qeyri-ciddi, populist və məlumatsızdır!

12 Apr 2021 15:15

Futbolçular COVİD-19-a yoluxdu, komanda meydana 7 oyunçu ilə çıxdı

12 Apr 2021 15:05

Azərbaycan Ordusu təlimlərə başladı - Video

12 Apr 2021 14:55

Tanınmış tarzən, xanımı və qızı koronavirusdan vəfat etdi

12 Apr 2021 14:45

Formasını yerə atan Ronaldonu hansı cəza gözləyir?

12 Apr 2021 13:35

Milli Konservatoriyada dərslər DAYANDIRILDI

12 Apr 2021 12:25

“Gürcülərlə ermənilərin oyununa baxıb ağlayırdım…” – Əbdül Mahmudbəyov

12 Apr 2021 12:15

Azərbaycanda rektor koronavirusa yoluxdu

12 Apr 2021 10:50

“Bizim sırada səs-küyün çox olmasını xoşlamıram” - Qurban Qurbanov

11 Apr 2021 22:15

“Qarabağ” “Sumqayıt”ı məğlub etdi

11 Apr 2021 21:55

Məşhur aktyor bacısı və qardaşını koronavirusdan itirdi

11 Apr 2021 20:15

““BakuBus”un özəlləşdirilməsi lazımdır”

11 Apr 2021 13:35

Haaland üçün rekord maaş tələbi: Həftəlik 1 milyon!

11 Apr 2021 13:35

“Azersun”dan narazılıq artır - QİYMƏTLƏR DURMADAN BAHALAŞIR

11 Apr 2021 13:05

Azərbaycanda bir milyardlıq kriminal: Bu işdə kimlərin əli var?

11 Apr 2021 10:35

“Oğlumun 50 yaşı var, imkansızlıqdan onu evləndirə bilməmişəm”

11 Apr 2021 07:35

62 dövlət əmlakı satışa çıxarılır

10 Apr 2021 18:15

Sabah yağış yağacaq, külək əsəcək

10 Apr 2021 12:25

DYP bu sürücüləri cəzalandıracaq

10 Apr 2021 11:45

Vahid Mustafayev ATV, Real TV və ARB-ni “vurdu“

10 Apr 2021 09:55

Azərbaycanda ucuz maşınlar satışa çıxarıldı – Siyahı

10 Apr 2021 08:45

1.1  milyard manatı Azərbaycandan kim çıxarıb? 

10 Apr 2021 08:00

Ramazan ayının təqvimi açıqlandı - CƏDVƏL

09 Apr 2021 19:15

İftar süfrəsi ilə bağlı TÖVSİYƏLƏR

09 Apr 2021 17:15

Ramazan ayı ilə bağlı fətva verildi - Təqvim + Dualar

09 Apr 2021 15:45

Elektrik şəbəkəsinə onlayn qoşulma qaydaları AÇIQLANDI

09 Apr 2021 15:00

Vasif Talıbovun daha bir ailə şirkətinə lisenziya verildi

09 Apr 2021 12:05

Azərbaycanın 89 müəssisəsinə Rusiyaya pomidor ixrac etməsinə icazə verildi

08 Apr 2021 20:35

Faciənin buynuzu olmur, axırı yaxşı olmayacaq bunun...

08 Apr 2021 17:10

Qarabağ qazisi icra başçısından Prezidentə şikayət etdi: Son ümid yerim Sizsiniz!

08 Apr 2021 12:55

“Heç kim məni narahat etməsin“ - Çingiz Abdullayev

08 Apr 2021 10:10

“Heç kim məni narahat etməsin“ - Çingzi Abdullayev

08 Apr 2021 09:45

Nazirliklərin avtomobilləri satışa çıxarılır - 1000 manata maşın

08 Apr 2021 08:20

Qiyaslı məscidində 28 ildən sonra ilk azan oxundu - Fotolar

07 Apr 2021 16:50

Ərəbistanda Ümrə ayininə yeni məhdudiyyət qoyuldu

06 Apr 2021 12:05

Villanızda bayquşlar ulasın!... 

05 Apr 2021 11:50

Hakerlər Mark Zukerberqin şəxsi məlumatlarını oğurladı

04 Apr 2021 19:30

Ayətullah Sistani orucluqla bağlı fətva verdi

04 Apr 2021 17:20

Yarım milyard “Facebook” istifadəçisinin şəxsi məlumatları internetə sızdı

04 Apr 2021 00:40

Nazirlik deputata sərt cavab verdi: Bu cür subyektiv və əsassız fikirlər...

02 Apr 2021 16:50

Peyvənd orucu pozur?

02 Apr 2021 11:40

Yediklərini o generalların burnundan gətirmək lazımdır...

01 Apr 2021 15:00

Doğum gününü qeyd edən deputat: “Daha heç bir arzum qalmadı“

01 Apr 2021 11:20

Ondan aldığım ləzzəti Cenifer Lopez də əvəz eldə bilməz 

01 Apr 2021 08:30

Ən az benzin “yandıran” 5 maşın -SİYAHI

01 Apr 2021 08:10

Bakının mərkəzi küçələrində parklanma qadağan edildi

31 Mart 2021 19:05

İcra başçısı prezidentə şikayət edən sakini cərimələtdi: Salyanda qəribə olay

31 Mart 2021 17:45

Bakı səhəri tıxaclarla açdı – Fotolar

30 Mart 2021 09:30

Həcc ziyarəti ilə bağlı QMİ-dən AÇIQLAMA

29 Mart 2021 13:00

Azərbaycanda Ramazan ayı bu vaxt başlayacaq

29 Mart 2021 10:30

Bu gün qəbristanlıqdan gül oğurlayıb satan, sabah vətəni də satar!

28 Mart 2021 21:50

Şeyxin Ərdoğana yazdığı məktub üzə çıxdı

28 Mart 2021 09:10

Yol polisi rüşvət almayıb - Yayılan videoya rəsmi reaksiya

27 Mart 2021 14:15

Bunu edənlər kamera ilə aşkar edilərək 40 AZN cərimələnəcək - Video

27 Mart 2021 13:35

Babamın dırnağı sənin başından qiymətlidir...

27 Mart 2021 12:15

“İnstagram”da problem yaranıb

24 Mart 2021 23:25

Azərbaycan şirkəti Avropadan Cənubi Qafqaza gələn internet trafikini nəzarətə götürür

24 Mart 2021 23:15

Cahangir Əsgərov lotudur?

24 Mart 2021 10:25

Son günlər smartfonlardakı proqramlar niyə tez-tez donur?

24 Mart 2021 09:55

Azərbaycandan bu il Həcc ziyarətinə gedən olmayacaq - Səbəb

23 Mart 2021 21:05

Biz Şuşada tonqal yandırırıq, ermənilər için-için yanır...

21 Mart 2021 13:10

Qarabağ müharibəsi “Bayraktar”ların müştərisini artırdı

20 Mart 2021 20:50

Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı açıqlama

20 Mart 2021 00:10

Azercell jurnalistləri mükafatlandırdı - Foto

17 Mart 2021 21:55

Fərhad Əhmədov onları işlədib pulunu vermədi

17 Mart 2021 16:05

“WhatsApp”da daha bir yenilik - Səsli mesajlar...

15 Mart 2021 21:30

Gömrük Komitəsinin qarşısında aksiya başladı  - Video

10 Mart 2021 12:40

Gömrük Komitəsinin qarşısında aksiya başladı 

10 Mart 2021 12:30

Sumqayıtda susuz və işıqsız qalan sakinlər – VİDEO

25 Fev 2021 09:25

İlham Nəsirovun şirkəti azərbaycanlıları kölə qiymətinə işlədir - Fotolar

14 Yan 2021 17:50

“Pandemiya başa çatmayıb, bu virus dolaşacaq” Prezidentlə MÜSAHİBƏ

19 May 2020 17:25

“Mühacirət həyatı 30 ildən sonra məni də “əzdi”” MÜSAHİBƏ

19 May 2020 16:00

Şəhid abidələrimiz Natavan, Hacıbəyli, Bülbül gec-tez Qarabağa qayıdacaq - Jalə Əliyeva

19 May 2020 15:55

“Vətəndaşların mənzil hüququnun səmərəli təmin edilməsi üzrə tədbirlər davam etdirilir” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 15:35

“Vətəndaşların mənzil hüququnun təmin edilməsi üzrə tədbirlər davam etdirilir” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 15:30

“Cəmiyyətin ciddi vətəndaş məsuliyyətinə ehtiyacı var” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 13:40

“İndi xalq bizdən əsər yox, adamlıq gözləyir”  Əkrəm Əylisli ilə MÜSAHİBƏ

17 May 2020 09:00

Qeydə alınan partiyanın sədri planlarını AÇDI: “Biz o boşluğu doldurmağa çalışacağıq” MÜSAHİBƏ

15 May 2020 09:45

“Avropa İttifaqı Şurasının qərarı cənab İlham Əliyevin növbəti qələbəsidir” MÜSAHİBƏ

14 May 2020 17:00

“Avropa İttifaqı Şurasının qərarı cənab İlham Əliyevin növbəti qələbəsidir”

14 May 2020 14:55
All