Vaxtı keçmiş spirtli içkilər satan şərab evi cərimələndi

Vaxtı keçmiş spirtli içkilər satan şərab evi cərimələndi

Vaxtı keçmiş spirtli içkilər satan şərab evi cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Polemika.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində əməkdaşlar tərəfindən keçirilən plandankənar (növbədənkənar) yoxlama zamanı Tovuz şəhəri, H. Aslanov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Qabil Musa oğluna məxsus şərab evində qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

Belə ki, ümumi çəkisi 65 litr olan 23 adda və müxtəlif çeşiddə yararlılıq müddəti bitmiş spirtli içkilərin satışının həyata keçirildiyi məlum olub. Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib, istehlak üçün yararsız 65 litr spirtli içki satışdan kənarlaşdırılıb, sahibkara yeyinti məhsulları sahəsində müvafiq qanunvericiliyin tələbləri izah edilib və nöqsanların qısa zamanda aradan qaldırılması barədə göstəriş verilib, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.

Vaxtı keçmiş spirtli içkilər satan şərab evi cərimələndi