Sağlamlıq
20 Yan 2021 10:30
“Vaksinasiya prosesi mərhələli şəkildə davam etdiriləcək“ -Nazir müavini
"Azərbaycanda COVID-19-a qarşı başlayan vaksinasiya prosesi mərhələli şəkildə ölkə üzrə də davam etdiriləcək".
Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirinin müavini Viktor Qasımov deyib.
O bildirib ki, vaksinasiya prosesi ilkin mərhələdə tibb işçilərinə aparılacaq:
“Mən özüm də vaksin vurdurmuşam. Özümü yaxşı hiss edirəm. Ümumiyyətlə, vaksinasiya prosesi ilə bağlı bütün mərhələlər strategiyada öz əksini tapıb”.