Sağlamlıq
06 Apr 2021 20:15
ÜST səyahət üçün “peyvənd pasportu”nun tələb olunmasını dəstəkləmir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səyahət üçün "peyvənd pasportu"nun tələb olunmasını dəstəkləmir.
Polemika.az xəbər verir ki, bu barədə ÜST-ün sözçüsü Marqaret Harris mətbuat brifinqində deyib.
"ÜST olaraq bu mərhələdə peyvənd pasportunun giriş və ya çıxış tələbi olaraq görmək istəmədiyimizi bəyan edirik, çünki bu mərhələdə peyvəndin virusun ötürülməsinin qarşısını alıb-almadığına əmin deyilik", -deyə ÜST-ün sözçüsü bildirib.
O, həmçinin əlavə edib ki, bu, müxtəlif səbəblərdən peyvənd oluna bilməyən insanlara qarşı ayrı-seçkilik məsələsini ortaya çıxaracaq./APA