“Uşaq min hoqqa çıxarır, günah qalır müəllimlərin boynunda...” - Əlikram Bayramov

“Uşaq min hoqqa çıxarır, günah qalır müəllimlərin boynunda...”

“Uşaq min hoqqa çıxarır, günah qalır müəllimlərin boynunda...” - Əlikram Bayramov

“Müəllimə hədiyyə aparırlar, sonra bunu 100 qat şişirdib sosial şəbəkələrdə paylaşırlar ki, müəllim pul aldı. Bizim vaxtımızda müəllim pul almırdı ki?!”

Bu sözləri Polemika.az-a müğənni Əlikram Bayramov deyib. Bir neçə həftədir müzakirə edilən məktəblərdə müəllim-şagird münasibətləri mövzusunda gündəmə gəlmiş audio və video görüntüləri ifaçı belə şərh edib:

“Uşaqlarda tərbiyə qalmayıb. Sosial şəbəkələrdə şərh yazanlara fikir verin, hamısı cavan uşaqlardır. Yaşlı nəsil elə şeylər yazmaz. Daha yazılmayan söyüş qalmır, nalayiq söz qalmır... Heç kim fikirləşmir ki, bunu azyaşlılar, qız-gəlin oxuyar. Ağzına nə gəlir yazırlar. Müğənniyə yazıralar, aktyora yazırlar, adi vətəndaşa yazırlar. Sonra da günahı müəllimlərdə görürlər. Uşaq min hoqqa çıxarır, günah qalır müəllimlərin boynunda”.

Əlikram Bayramov sözünün davamında bildirib:

“Töhmət müəllimə yox, uşağa, valideynə verilməlidir. Müəllimə hədiyyə alıb aparırlar, sonra bunu 100 qat şişirdib sosial şəbəkələrdə paylaşırlar ki, müəllim pul aldı. Bəyəm bizim vaxtımızda müəllim pul almırdı ki? Pul yığılırdıq ki, müəllimə hədiyyə alaq, elə olurdu ki, hədiyyə ala bilmirdik, pul verirdik. 5 manat rüşvət sayılır ki?! Uşaq müəlliminə hədiyyə almamalıdır? Müəllim uşaqlarıma görə gözünün nurunu tökür. Müəllim bilirsiniz nə qədər əziyyət çəkir? Evdə bir uşaqla məşğul ola bilmirik, amma məktəbdə yazıq müəllim 20 uşaqla birdən məşğul olur. Sonra da deyirlər ki, filan müəlim rüşvət aldı, müəllim pul yığdı. Bineyi-qədimdən müəllimə pul yığılırdı. Başqaları min hoqqa çıxarır, heç onu deyən yoxdu, ancaq müəllimlərin üstünə düşmüşük. Onları da deyin də! 

Uşaqları çox ərköyün böyüdürlər. Mən toylara gedirəm, uşaqlar adamın başına çıxır, az qalır əlimdən mikrofonu alsın. Valideyn gəlir ki, Əlikram bəy, nolar, mikrofonu verin, uşaq ağlayıb¸özünü öldürür. Məəttəl qalıram, bu indidən uşağın qabağını ala bilmir, gələcəkdə nə edəcək? Necə uşaq böyüdürlər başa düşmürəm”.

Əsmətxanım

“Uşaq min hoqqa çıxarır, günah qalır müəllimlərin boynunda...” - Əlikram Bayramov