“Un və çörəyin süni qiymət artımı ilə əlaqədar bütün tədbirlər görülür”

“Un və çörəyin süni qiymət artımı ilə əlaqədar bütün tədbirlər görülür”

“Un və çörəyin süni qiymət artımı ilə əlaqədar bütün tədbirlər görülür”

“Bazar prinsiplərinə uyğun un və çörəyin hazırkı qiymət səviyyəsindən kənar süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülür”.

“Polemika.az” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Nazirlər Kabinetinin ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsi ilə bağlı açıqlamasında bildirib.

O qeyd edib ki, müşavirədə qeyd olunduğu kimi, haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni şəkildə artırılması hallarında inzibati tədbirlərdən istifadə olunmaqla möhtəkirlik hallarının qarşısı qətiyyətlə alınacaq, istehlak bazarına  nəzarət gücləndiriləcək:

“Məhsulların qiymətlərinin formalaşmasında şəffaflığın təmin edilməsi üçün səylər daha da artırılacaq. Təcrübə göstərir ki, əhalinin həyat səviyyəsi və ərzaqla etibarlı təminatı bazarların səmərəli fəaliyyətindən bilavasitə asılıdır. Buna görə də ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi daim diqqət mərkəzində olacaq. 

Gələcəkdə işğaldan azad edilmiş ərazilərimizin malik olduğu imkanlardan, əkin sahələrindən məqsədli istifadə kimi məsələlər mövcud problemlərin həllinə öz müsbət təsirini göstərəcək. Eyni zamanda, iqtisadi rayonların yeni bölgüsü də qarşıdakı dövr üçün hədəflərə öz müsbət töhfəsini verəcək.  Ümumilikdə bu fikri böyük inamla qeyd edə bilərik ki, Azərbaycan hər bir iqtisadi çətinliyi aradan qaldırmaq imkanlarına malikdir. Buna əsas verən möhkəm təməl üzərində   dayanıqlı inkişafın təmin edilməsinə yönələn islahatlar prosesinin sürətləndirilməsidir”. 

“Un və çörəyin süni qiymət artımı ilə əlaqədar bütün tədbirlər görülür”