Ukraynalı qaçqınlar: Onlar daha çox hansı ölkəyə sığınıb?

Ukraynalı qaçqınlar: Onlar daha çox hansı ölkəyə sığınıb?

Ukraynalı qaçqınlar: Onlar daha çox hansı ölkəyə sığınıb?

“1 milyon 210 min insan Ukraynanı tərk edib”.

Polemika.az “UNIAN”a istinadla xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat verib.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Avropa İttifaqı, o cümlədən Polşa, Rumıniya, Çexiya və s. ölkələrdə qaçqınların qəbulu üzrə xüsusi mərkəzlər yaradılıb. Böyük Britaniyada isə ukraynalıların rus oliqarxlarının müsadirə olunmuş malikanələrində yerləşdirilməsi planlaşdırılır.

Martın 4-nə olan məlumata görə, 1 milyon 210 min insan Ukraynanı tərk edib. Onlardan, demək olar ki, 650 mini Polşaya yollanıbı. İkinci yerdə 144,7 min qaçqınla Macarıstandır. 103 min Ukrayna vətəndaşının getdiyi ilk üçlüyü isə Moldova tamamlayır.

Xatırladaq ki, 18 yaşdan 60 yaşadək kişilərin Ukraynadan çıxması qadağandır. Ölkəni yalnız qadınlar, uşaqlar və qocalar tərk edə bilər.

Ukraynalı qaçqınlar: Onlar daha çox hansı ölkəyə sığınıb?