Ukraynada 97 uşaq həlak olub, 100-dən çoxu yaralanıb

Ukraynada 97 uşaq həlak olub, 100-dən çoxu yaralanıb

Ukraynada 97 uşaq həlak olub, 100-dən çoxu yaralanıb

Martın 15-nə olan vəziyyətə görə, Ukraynada Rusiyanın apardığı müharibə nəticəsində 97 uşaq həlak olub, 100-dən çoxu yaralanıb.

“Report” xəbər verir ki, bunu Ukrayna Baş Prokuroru Ofisi “Telegram” kanalından açıqlayıb.

“Ən çox zərərçəkən Kiyev, Xarkov, Donetsk, Çernihiv, Sumı, Xerson, Mykolaiv, Jitomir əyalətlərindədir. Hər gün atəş nəticəsində azı 5 uşaq ölür”,- açıqlamada qeyd olunur.

Bundan əlavə, indiyədək Rusiya ordusunun hava və artilleriya hücumları nəticəsində 400 təhsil ocağına ziyan dəyib, bunların 59-u tamamilə dağılıb. Həmçinin 11 səhiyyə müəssisəsi, biri əlil uşaqlar üçün olan 3 reabilitasiya mərkəzi atəşə tutulub.

Ukraynada 97 uşaq həlak olub, 100-dən çoxu yaralanıb