Ukrayna ordusu 3 milyard dollarlıq Rusiya texnikasını məhv etdi

Ukrayna ordusu 3 milyard dollarlıq Rusiya texnikasını məhv etdi

Ukrayna ordusu 3 milyard dollarlıq Rusiya texnikasını məhv etdi

Hərbi əməliyyatlar zamanı Ukrayna ordusu 331,2 milyard rubl və ya 3 milyard ABŞ dolları dəyərində Rusiya texnikasını məhv edib.

Polemika.az UNİAN-a istinadən xəbər verir ki, Ukrayna ordusu Rusiyanın çox sayda texnikasını məhv edir, eləcə də döyüş qənimətləri götürür. “Forbes Ukraine”in hesablamalarına görə, məhv edilən texnika dəyəri təxminən 3 milyard ABŞ dollar həcmində qiymətləndirilir.

Rusiya Federasiyasının məhv edilmiş texnikası arasında 33 təyyarə, 37 helikopter, 251 tank və 939 zirehli döyüş maşını (ZDM) var. O cümlədən məhv edilmiş tanklar Rusiyaya 1 milyard ABŞ dollarına, ZDM-lər 600 milyon ABŞ dollarına, təyyarə və helikopterlər isə 1,1 milyard ABŞ dollarına başa gəlib.

Texnikaların dəyəri açıq mənbələr əsasında hesablanıb. Hələlik hansı təyyarələrin vurulduğu məlum deyil. Rusiya bir ədədi 11 milyon ABŞ dollarına olan “Su-25”, ədədi 33 milyon ABŞ dollarına olan “Su-30”, ədədi 36 milyon ABŞ dollarına olan “Su-34” tipli təyyarələrdən istifadə edir. Ukrayna Silahlı Qüvvələri həmçinin hər biri 86 milyon ABŞ dollarına başa gələn iki “İl-76” təyyarəsini də vurub./Report

Ukrayna ordusu 3 milyard dollarlıq Rusiya texnikasını məhv etdi