UEFA Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırdı

UEFA Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırdı

UEFA "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük uzaqlaşdırıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə qitə futbol qurumu rəsmi saytında məlumat verilib.

İbrahimov Dağlıq Qarabağ müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.

Qurum eyni zamanda Ağdam təmsilçisini 1000 avro məbləğində cərimələyib.