“Tutaq ki, iki arvadım var, sizə nə?” – Əməkdar artist

“Tutaq ki, iki arvadım var, sizə nə?”   – Əməkdar artist
26 İyn 2020 14:55
844

Əməkdar artist Rəhman Rəhmanov şəxsi hıyatı ilə bağlı açıqlamaları ilə gündəmə gəlib. 

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yaylmlanan "Ona qalsa" proqramının qonağı olan aktyor iki həyat yoldaşı olması xəbərlərindən danışıb: "Bir həyat yoldaşım var. Kəbinli, qanunlu Gülü xanımla ailəliyəm. 26 ildir evliyik. İki qadın saxlamaq mənlik deyil. O qədər deyirlər ki, Rəhman iki arvad saxlayır, dözürdüm. Yoldaşım da dözürdü". 

Sənətçi həytında başqa qadının olmadığını deyib: "Saxlamıram, yoxdu elə şey. Yoldaşım deyir ki, bunların acığına get, üçüncü dəfə evlən. Kimin nə işinə qalıb. Söz-söhbətdir, yığışdırsınlar. Xətirlərinə dəymirdim, amma olmaz".

Oxşar xəbərlər