Türkiyədə "Twitch" qalmaqalı: 3 milyon lirə oğurlandı 

Türkiyədə "Twitch" qalmaqalı: 3 milyon lirə oğurlandı 

Türkiyədə "Twitch" qalmaqalı: 3 milyon lirə oğurlandı 

Türkiyədə "Twitch" qalmaqalı davam edir. “Twitter”də bu məsələ haqqında tanınmış türk yayımçı "Jahrein" tərəfindən #temiztwitch heştəqi açılmış və ötən günün ən aktual mövzusu olub.

Polemika.az xəbər verir ki, "Twitch"in sistemindən ələ keçirilən 128 GB-lıq bəzi sənədlərdə yayımçıların günlük və aylıq qazancları ortaya çıxıb.

Maraqlı tərəfi isə budur ki, gündə 4-5 dollar qazanan yayımçılar birdən-birə günlük 3-4 min dollar qazanca keçiblər. Hadisələrin Türkiyə seqmentində baş verənləri daha çox qəribədir. Hazırda adları keçən bəzi yayımçılar çirkli pulların yuyulması və oğurluq kredit kartlarından gələn bitlərlə (“Twitch”də yayımçıya göndərilən müəyyən məbləğ – red.) bərabər 3 milyon TL-nin ələ keçirilməsi barəsində şübhəli bilinirlər. Türkiyə tarixinin ən qəribə kibercinayətkarlığı olan bu məsələdə bir çox tanınmış "Twitch"erlərin adı keçir.

Qeyd edək ki, “dilaratoprakci", "brasco", "almira", "logicman", "japone", "lurzy0y0", "farewell", "Deepmans", "cinar", "bacyx", "tecoNe", "kuzuur", "thecadyyx", "zz_yankas", "eastergamerstv" və s. yayımçıların adı bu skandalda hallanır.

Türkiyədə "Twitch" qalmaqalı: 3 milyon lirə oğurlandı