Türkiyə yığmasının üzvündən Azərbaycana dəstək

Türkiyə yığmasının üzvündən Azərbaycana dəstək
29 Okt 2020 16:25
34

Türkiyə yığmasının əslən azərbaycanlı atleti Ramil Quliyev ölkəmizə dəstək olub.

Yenisabah.az xəbər verir ki, idmançı sosial şəbəkə hesabında Ermənistanın Bərdə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror aktı ilə bağlı paylaşım edib.  O,"Pray for Barda" ("Bərdə üçün dua edin") sözləri yazılmış foto paylaşıb.

Quliyev həmçinin sosial şəbəkədə Qarabağa aid video yayımlayaraq "Qarabağ Azərbaycandır" – deyə qeyd edib.

Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçışda 2017-ci ildə dünya, 2018-ci ildə isə Avropa çempionu olub.

Oxşar xəbərlər