Trampın tərəfdarı evində ölü tapıldı

Trampın tərəfdarı evində ölü tapıldı

Trampın təxribatı ilə Konqresə hücum etmək üçün Corciya ştatından gələn Kristofer Stanton evində ölü tapılıb.

Yenisabah.az xəbər verir ki, hadisə Alfaretta şəhərində baş verib. Şəxsin həyat yoldaşı dərhal polisə zəng vuraraq hər tərəfin qan olduğunu bildirib. Hadisə yerinə cəlb edilən polis əməkdaşları Kristoferin cansız bədəni ilə rastlaşıblar. Polis dərhal evdəki yarı avtomatik SKS tüfəngini yoxlanış üçün götürüb. Sinəsində silahla yaralanan şəxsin ölüm səbəbi olaraq intihar göstərilib.

Qeyd edək ki, hücum üçün Arizonadan gələn “buynuzlu şaman” Ceyk Anceli isə  nəzarətdə orqanik qida verilmədiyi üçün yemək yeməkdən imtina edib.