Hadisə
07 Apr 2021 22:10
Tovuzda gimnaziyada müəllim və şagirdlər koronavirusa yoluxdu, tədris dayandırıldı
Tovuz rayonunun Qovlar şəhərində İnteqrasiya Təlimi İnternat Tipli Gimnaziyanın 5 sinfi koronavirus səbəbindən bağlanıb.
Yenisabah.az xəbər verir ki, Gimnaziyanın beş müəllimi və üç şagirdi COVID-19-a yoluxub.
Bu səbəbdən tədris müəssəsinin iki 3-cü, iki 4-cü və bir 9-cu sinfi bağlanıb.
Bu siniflərin şagirdləri üçün tədris distant formada keçirilir./Report