Tovuzda azyaşlı uşağını küçədə yatızdıran qadın danışdı: “Həyat yoldaşımdan küsmüşəm” - Video

Tovuzda azyaşlı uşağını küçədə yatızdıran qadın danışdı:

Tovuzda azyaşlı uşağını küçədə yatızdıran qadın danışdı: “Həyat yoldaşımdan küsmüşəm” - Video

Tovuzda azyaşlı uşağın anası tərəfindən küçədə yatızdırıldığı barədə xəbər vermişdik. Sosial şəbəkələrdə gün ərzində bu faktı əks etdirən foto və məlumat paylaşılıb. Qısa müddət ərzində ana və məsələyə biganə olan aidiyyəti qurumlar qınaq obyektinə çevrilib. Bəs reallıq necədir?

Polemika.az xəbər verir ki, Aybəniz Qasımovanın 37 yaşı var. Tovuzda, Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində yaşayır. Onun qeyri-rəsmi nikahdan bir övladı var. 

Aybəniz Qasımova bildirib ki, həyat yoldaşı ilə küsüb evdən çıxıb. 

“Mən küçədə yaşamıram, atamın evində yaşayıram. Həyat yoldaşımla küsüb evdən çıxmışam. Uşağımı da küçədə yatızdırmıram, atamın evində mənlə birgə qalır” – deyə, o qeyd edib.

/Xəzərxəbər

Tovuzda azyaşlı uşağını küçədə yatızdıran qadın danışdı: “Həyat yoldaşımdan küsmüşəm” - Video