"Toppuş bacı" yenidən kimyaterapiyaya başladı

"Toppuş bacı" yenidən kimyaterapiyaya başladı

"Toppuş bacı" yenidən kimyaterapiyaya başladı

Xərçəng xəstəliyi ilə mübarizə aparan Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) yenidən kimyaterapiyaya başlayıb.

Polemika.az xəbər verir ki, aktrisa Teleqraf.com-a açıqlamasında bir müddət əvvəl ayağında əmələ gələn trombla əlaqədar kimyaterapiyanı dayandırdığını deyib: "Artıq ayağımdakı trombla bağlı problem həll edildi. Kimyaterapiyaya başladım, 29-cu kimyaterapiyanı aldım".

Qeyd edək ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə alır.

"Toppuş bacı" yenidən kimyaterapiyaya başladı