Tokayev Qazaxıstandakı hadisələrin səbəbini açıqladı

Tokayev Qazaxıstandakı hadisələrin səbəbini açıqladı

Tokayev Qazaxıstandakı hadisələrin səbəbini açıqladı

Qazaxıstanda varlılar və kasıblar arasındakı uçurum qəbuledilməz həddə çatıb.

Polemika.az xəbər verir ki, bunu prezident Kasım-Jomart Tokayev Nur-Sultanda biznes nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı yanvarda baş verən hadisələrin illərdir yığılıb qalan problemləri üzə çıxardığını hesab edir..

Tokayev vurğulayıb ki, Qazaxıstan bütün sosial strukturun dərin transformasiyası kimi strateji vəzifə qarşısındadır.

O qeyd edib ki, məhdud elit qruplar ölkənin iqtisadi artımından faydalanmağa başlayıb, əksəriyyətin gəlirləri isə azalır və ya durğunlaşır.

Tokayev Qazaxıstandakı hadisələrin səbəbini açıqladı