Tofiq Zülfüqarov Rusiya XİN-in payını verdi: "Suveren hüquqlarımızı pozmayın!"

Tofiq Zülfüqarov Rusiya XİN-in payını verdi:  "Suveren hüquqlarımızı pozmayın!"

Tofiq Zülfüqarov Rusiya XİN-in payını verdi: "Suveren hüquqlarımızı pozmayın!"

"Mariya Zaxarova bilməlidir ki, BMT-nin qəbul etdiyi təcrübəyə əsasən, sülhməramlı əməliyyatlar sülhə məcburetmə əməliyyatdan (bu, yalnız BMT Təhlükəsizlik Şurasının xüsusi qətnaməsi əsasında həyata keçirilə bilər) fərqli olaraq, qəbul edən ölkənin suverenliyinə məhdudiyyətlər nəzərdə tutmur. 

Polemika.az xəbər verir ki, bunu öz "Facebook" səhifəsində keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yazıb.

O əlavə edib: "Bu o deməkdir ki, dövlət sərhədinin rejimini və iqtisadi məkanın mühafizəsini tənzimləyən ölkəmizin qanunlarının icrası sülhməramlı qüvvələrə həvalə edilə bilməz. Onların vəzifəsi yalnız müvəqqəti məsuliyyət sahəsində hüquq-mühafizə və təhlükəsizlik funksiyası ilə məhdudlaşır. VƏSSALAM!

Daha sonra Tofiq Zülfüqarov qeyd edib:

"Odur ki, madam Perkesin SVR-dəki (Slujba Vneşney Razvedki - Rusiya Xarici Kəşfiyyat Xidməti) kuratorları tərəfindən təşkil edilən səfəri qanunsuzdur və 10 noyabr 2020-ci il tarixli Bəyanatın ruhuna və məzmununa ziddir.

Əgər kimsə Fransada keçiriləcək prezident seçkilərinə təsir etmək istəyirsə, qoy bunu bizim suveren hüquqlarımızı pozmaq hesabına etməsin!"

Tofiq Zülfüqarov Rusiya XİN-in payını verdi: "Suveren hüquqlarımızı pozmayın!"