Tofiq Yaqublunu “döyən” tapıldı

Tofiq Yaqublunu “döyən” tapıldı

Tofiq Yaqublunu “döyən” tapıldı

Onun üzündə əl qabiliyyətini - peşə məharətini göstərən vizajist imiş.

Üstündən bir müddət keçməsinə baxmayaraq, Tofiq Yaqublunun “döyülməsi” məsələsi  yenidən aktuallaşıb. Buna səbəb bir həkim-patoloqun “Yeni Azərbaycan” qəzetinin redaksiyasına müraciət etməsidir. O, internetdə mövcud olan şəkillər əsasında araşdırma apardığını və bununla bağlı mütəxəssis kimi qənaətlərini ifadə etmək üçün redaksiyamıza üz tutduğunu deyib: “Tofiq Yaqublu fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qaldığını iddia etmişdi. Bilirsiniz ki, onun müraciəti əsasında Səbail Rayon Prokurorluğunda araşdırma aparılıb, iddiaları öz təsdiqini tapmayıb, cinayət işinin başlanması rədd edilib. Bu informasiyanı oxuduqdan sonra mən də araşdırma xarakterli kiçik müşahidə apardım. İnternet səhifələrində yer alan bəzi fotolara müxtəlif rakurslardan nəzər saldım. Düşünürəm ki, döyülmək iddiasının əsası yoxdur. Fikrimi mütəxəssis kimi izah etmək istəyirəm. Hər iki paraorbital nahiyənin əzilməsi və dərialtı hematoma baş, yaxud burun nahiyəsinin travması nəticəsində baş verə bilər. Şəklə görə isə, burun və burunətrafı nahiyədə zədə izləri görünmür. Simmetrik dərialtı hematoma bir qədər şübhə yaradır. Belə ki, simmetrik zədələnmə halı yalnız qapalı kəllə-beyin travması zamanı ola bilər. Döyülmə, yaxud ağır travma zamanı hematoma və zədələnmə  assimmetrik şəkildə müşahidə edilir”.

Yeri gəlmişkən, sosial şəbəkə istifadəçiləri T.Yaqublunun “döyülmək” iddiasından dərhal sonra siyasi partiya rəhbərləri, internet kanallarının əməkdaşları ilə ünsiyyət qurmasını da təəccüblə qarşılamışdılar. Qeyd edilmişdi ki, elə bu fakt məsələnin bir  qədər şübhəli olduğunu təsdiq edir. Doğrudan, bu vəziyyətdə olan insan necə danışa, yaxud iddialarını səsləndirə bilərdi? Həkim-patoloq bu məsələyə də aydınlıq gətirdi:  “Kəllə-beyin travması alan xəstə uzun müddət sabit yataq vəziyyətində olmalıdır. Nitqində və tələffüzündə müxtəlif çatışmazlıqlar qeydə alınır. Halbuki deyildiyi kimi, həmin şəxs bir sıra insanlarla rahat ünsiyyət qurub”.

Maraqlıdır, döyülmədiyi - zədə və zərbə almadığı təsdiqlənən T.Yaqublunun sifətini kim bəzəyib? Yaxud daha dəqiq desək, Yaqublunun üzündə əl qabiliyyətini - peşə məharətini göstərən vizajist kimdir? Bizə və cəmiyyətə məlum olmasa da, özünə bəllidir. Amma önəmli olan vizajistin kimliyi deyil, belə bir saxta iddia ilə ajiotaj yaratmağa çalışan şəxsin “mənliyi”dir!/yeniazerbaycan.com

Tofiq Yaqublunu “döyən” tapıldı