Tikinti şirkəti təbiətə 35 min manatlıq ziyan vurdu

Tikinti şirkəti təbiətə 35 min manatlıq ziyan vurdu

Tikinti şirkəti təbiətə 35 min manatlıq ziyan vurdu

Bakıda tikinti şirkəti 35 min manatlıq ağacları kəsib.

Bu barədə Polemika.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, xidmət əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Azadlıq prospekti ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində ağacların kəsilməsi faktı müəyyən edilib: "Araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Yeni Ailə” MMC tərəfindən kəsildiyi və təbiətə 34860 manat məbləğində ziyan dəydiyi məlum olub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Tikinti şirkəti təbiətə 35 min manatlıq ziyan vurdu