Tanınmış aktyor: Hozu mənim həyat tərzimdir - Video
Tanınmış aktyor Məcid Hüseynov ssenari müəllifi olduğu “Hozu” filmi barədə danışıb.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Tünzalənin Əli ilə” proqramında qonaq olan aktyor filmdəki “Hozu”nun əslində öz həyat tərzi olduğunu deyib:
“Mən “Hozu” filminin ssenarisini yazandan sonra, bizim sahədəki 5 ssenaristə göstərdim. 7 ay vaxtım getdi. Dedim ağıl ağıldan üstün olar. O Hozu obrazı mənim öz həyat tərzimdir. Mən sevmirəm stolun üstünə 7 qaşıq, 8 çəngəl düzülsün filan. O yemək heç rahat getmir. O ki, tavanın dibini sıyırmadın, bu yeyib-içmək olmur. Hozunu hamı ayı kimi, vəhşi, yırtıcı kimi görür, amma elə deyil. Saf insandır, sadəcə rahat yaşamağı sevir. Onunla mən mesaj ötürürdüm. Bizdə həmişə belə olub. Filmdə Natavan Həbibinin oynadığı obraz Hozuya aşiq olur. O, Hozunun hərəkətlərinə yox, ürəyinə vurulur, axırda evlənirlər”.
Həmin görüntüləri təqdim edirik: