Taksi sürücülərini aldadan 18 yaşlı qız saxlanıldı

Taksi sürücülərini aldadan 18 yaşlı qız saxlanıldı

Taksi sürücülərini aldadan 18 yaşlı qız saxlanıldı

Bakı şəhəri ərazisində gənc qızın taksi xidmətlərindən istifadə edərək gedəcəyi ünvana çatdıqdan sonra gediş haqqını ödəmədən, o cümlədən müxtəlif bəhanələr gətirərək sürücüləri aldadıb onlardan 20-30 manat pul aldıqdan sonra yaxınlıqda olan çoxmərtəbəli binalara daxil olaraq qayıtmaması ilə bağlı rəsmi açıqlama verilib. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Polemika.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər  nəticəsində həmin qızın paytaxtın Yasamal rayonunda yaşayan 18 yaşlı Səriyyə İsmayılova olması müəyyən edilib.

O, saxlanılaraq polis idarəsinə gətirilib və törətdiyi hüquqazidd əməlləri etiraf edib.

Onu da qeyd edək ki,  S.İsmayılovanın hüquqazidd əməlləri ilə bağlı Bakı şəhəri üzrə ərazi polis orqanlarına heç bir şikayət xarakterli müraciət daxil olmayıb. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir. 

Taksi sürücülərini aldadan 18 yaşlı qız saxlanıldı