“Səviyyə fərqi özünü göstərdi” - “Neftçi”nin baş məşqçisi

“Səviyyə fərqi özünü göstərdi” - “Neftçi”nin baş məşqçisi

“Səviyyə fərqi özünü göstərdi” - “Neftçi”nin baş məşqçisi

"Məğlubiyyətdən sonra hissləri, hirsləri cilovlamaq çətindir. Görüşə pis başlamadıq. Hətta qol şansımız da oldu, amma kapitan Emin Mahmudov iki metrdən qapıya düşə bilmədi".

Polemika.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis keyfiyyətdə rəqibə uduzduqlarını etiraf edib: "Qarabağ"ın futbolçuları əllərinə düşən fürsətlərdən yararlandı. Səviyyə fərqi həddindən artıq görünürdü. Bunu qəbul etməliyik. Bəzi məqamlar var ki, onları düzəldə biləcəyimizə inanmıram. Bu gün yaxşı motivasiyada meydana çıxmışdıq. Ardıcıl qollar bizi sındırdı. Qolları çıxsaq, rəqibə müqavimət göstərdiyimizi deyə bilərəm. Amma keyfiyyət öz sözünü dedi. Oyunçular arasında böyük fərq var. Çoxları deyir ki, həddindən artıq dəyişiklik edirsən, amma hər şey ölçülü şəkildə olur. Uduzandan sonra bunları mütləq danışmalısan".

Abasov yerli futbolçuların bu cür matçlara cavab vermədiyini söyləyib: "Emin Mahmudov buna istisnadır. Bizim yaralı yerimiz yerli oyunçulardır".

Baş məşqçi rəqibin gücləndiyini sözlərinə əlavə edib: "Burada "Neftçi"nin də rolu olub. Azarkeşlər bu gün yaxşı abu-hava yaratmışdılar. Amma etikadan kənara çıxmasalar, daha yaxşı olar. Bizim dərdimiz fanatlar deyil. Qəbul etməliyik ki, yerli futbolçularınmız tələblərimizə cavab vermir. Ötən mövsüm Anton və Namik kimi yaxşı yerli oyunçularımız var idi. Amma qalmaq istəmədilər. Heç nəyi gizlətmək lazım deyil. Bu gün əziyyət çəkirik. Oyunda ruhumuzu və istəyimizi qoymalıyıq. Qarşılaşma başlayanda futbolçuların motivasiyalı olduğunu görürdük. Əhval-ruhiyyə də əla idi. Bundan sonra da belə olacaq. Bəzi məsələlər var ki, mən onu düzəldə biləcək gücdə deyiləm".

Mütəxəssis çempionluq uğrunda vuruşacaqlarını diqqətə çatdırıb: "Hamı "Qarabağ"ı çempionluğun favoriti hesab edir. İnanmıram ki, hansısa yerli futbolçunu götürsək, nələrsə düzəlsin. Biz kimlərisə milliləşdirə bilərik. Çıxış yolunu bunda görürəm"./Report

“Səviyyə fərqi özünü göstərdi” - “Neftçi”nin baş məşqçisi