Sərxoş kişi arvadının gözünə bıçaq soxdu

Sərxoş kişi arvadının gözünə bıçaq soxdu

Sərxoş kişi arvadının gözünə bıçaq soxdu

Rusiyanın Krasnodar vilayətində yaşayan ər-arvad arasında mübahisə yaşanıb.

Polemika.az xəbər verir ki, mübahisə zamanı sərxoş kişi mətbəxə gedərək bıçaq götürüb və həyat yoldaşının gözünə soxub.

Qışqırıq səslərini eşidən qonşular polis və təcili yardım çağırıblar.

Qan və ağrı içində olan qadın təcili xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Əməliyyat zamanı bıçağın gözünə 25 sm dərinliyində girdiyi məlum olub. Bıçaq çıxarılsa da qadının gözünü xilas etmək mümkün olmayıb.

Sərxoş kişi arvadının gözünə bıçaq soxdu