"Sən insanlıqdan kənar birisən..." - Sevinclə Miri Yusif arasında QALMAQAL

"Sən insanlıqdan kənar birisən..." - Sevinclə Miri Yusif arasında

"Sən insanlıqdan kənar birisən..." - Sevinclə Miri Yusif arasında QALMAQAL

Müğənni Sevinc Musayeva Xalq artisti Miri Yusiflə aralarında yaşanan qalmaqalın səbəbini açıqlayıb.

Polemika.az xəbər evrir ki, sənətçi qazilərdən birinin toy məclisində yaşadığı hadisədən söz açıb.

O bildirib ki, toya gecikdiyi üçün Miri Yusiflə mübahisə yaşayıb:

"Tıxaca görə hamı toya gecikirdi. Heç kim öz vaxtında səhnəyə çıxmadı. Mən də çatanda gördüm ki, neçə müğənni var, oturdum gözlədim. Vaxtım çatıb səhnəyə çıxanda isə dedilər Miri Yusif gözləyir, bir mahnı oxu. Mən də dedim ki, üç mahnı oxuyacam. Səhnədəyəm, yanındakı köməkçi gəlib dayanıb ki, bitir. Miri Yusif və sənin kimilər toxunulmaz deyil. Burnunuz yuxarıdadır. Toxunulmaz bizim qazilər, indi soyuqda o postlarda dayanan qazilərdir. Niyə foyedə dayanmısan, özünə yaraşdırmırsan girib içəridə oturmağı? Sənə dəyər verən insanlarla bir yerdə oturmağı özünə yaraşdırmırsan? Üçüncü mahnını oxuyuram, yenə də kimsə gəlir qulağıma deyir. Hamı gəlib qulağıma deyir ki, bitir. Mahnını bitirməyimə 3 dəqiqə qalıb, səsim alındı. Miri Yusif əlində mikrofon gəldi. Bu hörmətsizliyi mənə elədin. Bu, nə tərbiyəsizlikdir? Ulduzluq xəstəliyinə tutulmusunuz, bunu qəbul etmirəm, hamımız insanıq. 15 dəqiqə gözləməyi özünə yaraşdırmadın? Bu hörmətsizliyi özümə götürə bilmərəm. Özümə hörmət edirəm. O toyda qalmaqal salmaq istəmədim, ona görə də sənə cavab vermədim". (moderator.az)

"Sən insanlıqdan kənar birisən..." - Sevinclə Miri Yusif arasında QALMAQAL