Şəhidlərin ruhundan utanın...

Şəhidlərin ruhundan utanın...

Şəhidlərin ruhundan utanın...

Bu gün bir qrup şəxs Fəvvarələr meydanında icazəsiz etiraz aksiyası keçirməyə cəhd edib.

Və həmişəki kimi bu dəfə də onların sayı deyiləndən dəfələrlə az olub. Heç 50 nəfərə də çatmayan bu başıpozuq kütlənin məhz bu gün aksiya keçirməsi acizliklərini bir daha sübut edir.

Şəhidlərimiz var, insanlar yasdadır, bütün xalq onların acısını yaşayır. Bu başıpozuq kütlə isə ajiotaj yaradıb nəyəsə nail olmağa çalışır. Və təbii ki, həmişəki kimi onların aksiya keçirmək planı iflasa uğradı.

Axı nə vacib idi məhz bu gün aksiya təşkil etmək?

Başqa vaxt Vətəndən, vətənpərvərlikdən dəm vuran bu kütlənin maskası bir daha cırıldı. Xalq onları bir daha tanıdı. Şəhidinə, onun ruhuna hörmətsizlik edən, bu ağır gündə kimlərinsə göstərişi ilə ajiotaj yaratmağa çalışanlar heç nəyə nail ola bilmədilər. Hər dəfə olduğu kimi onların çaxnaşma yaratmaq cəhdi fiaskoya uğradı.

Şəhidlərin ruhundan, onların valideynlərindən, yaxınlarından, əzizlərindən, bir sözlə bütün Azərbaycan xalqından utanın. Təbii ki, əgər utanan üzünüz varsa...

Şəhidlərin ruhundan utanın...