Avto
15 Fev 2021 09:10
Sumqayıt-Bakı yolunda tıxac yarandı
Sumqayıt-Bakı yolunda tıxac yaranıb.
Oxu.Az-ın məlumatına görə, Sumqayıtdan Bakı şəhəri istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Tıxac Abşeron rayonu Masazır qəsəbəsi ərazisindəki körpüdən başlayır.
Xatırladaq ki, bu gündən təhsil müəssisələrində yuxarı siniflərin əyani tədris prosesi qismən bərpa olunur.