“Soçi və Brüsseldəki görüşlərdən sonra məndə inam yarandı”

“Soçi və Brüsseldəki görüşlərdən sonra məndə inam yarandı”

“Soçi və Brüsseldəki görüşlərdən sonra məndə inam yarandı”

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşdə Ermənistanda və bütövlükdə regionda dinc inkişaf erasının başlanması imkanının yarandığını söyləyib.

Paşinyanın sözlərinə görə, noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən sonra onda buna inam yaranıb: 

“Qeyd eləmək istəyirəm ki, Soçidəki və Brüsseldəki görüşlərdən sonra ölkəmiz və regionumuz üçün dinc inkişaf erasına başlamaq üçün bizim addım-addım irəliləmək imkanımızın yarandığını görürəm. İstənilən halda Ermənistan Respublikasının hökuməti bu yolda irəliləmək üçün mümkün olan hər şeyi edəcəkdir”.

“Soçi və Brüsseldəki görüşlərdən sonra məndə inam yarandı”