SOCAR Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi açdı

SOCAR Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi açdı

SOCAR Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi açdı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Gorus-Qafan yolunun Qubadlı rayonu ərazisindən keçən hissəsində inşa etdiyi yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

Polemika.az xəbər verir ki, yanacaqdoldurma məntəqəsi Qubadlının Eyvazlı kəndi ərazisində tikilib.

Bugünkü açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin də iştirak etdiyi bildirilir.

Şirkətdən verilən məlumata görə, bununla da “SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 41-ə çatdırılıb. 

Xatırladaq ki, bu ilin sentyabr ayında Azərbaycanın müvafiq dövlət qurumları Gorus-Qafan yolunda gömrük postu da qurub. 

SOCAR Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi açdı