Şirkət təbiətə 70 min manatlıq ziyan vurdu - Tədbir görüləcək

Şirkət təbiətə 70 min manatlıq ziyan vurdu - Tədbir görüləcək

Şirkət təbiətə 70 min manatlıq ziyan vurdu - Tədbir görüləcək

Bakıda tikinti şirkəti 70 min manatlıq ağacları kəsib.

Bu barədə Polemika.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, xidmətin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Rəşid Məmmədov 25 ünvanında ağac kəsintisi faktı müəyyən edilib: "Araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “XXI əsr Xəzər İnşaat” MMC tərəfindən kəsildiyi və təbiətə 67680 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq”.

 

 

Şirkət təbiətə 70 min manatlıq ziyan vurdu - Tədbir görüləcək