Sezen Aksunun mahnısı etirazlar doğurdu

Sezen Aksunun mahnısı etirazlar doğurdu

Sezen Aksunun mahnısı etirazlar doğurdu

Türkiyəli müğənni Sezen Aksunun son mahnısı ciddi etirazlara səbəb olub.

Polemika.az xəbər verir ki, “Şahane bir şey yaşamak” adlı mahnısı ilə diqqət çəkən sənətçi qınaq atəşinə tutulub.

Mahnının sözlərindəki  “O cahil Həvva və Adəmə salam olsun” ifadəsi türki dindarların etirazına səbəb olub. 

Hz. Adəm və Həvva haqqında təhqiramiz fikirlər səsləndirməsindən sonra ötən gün 67  yaşlı ifaçının evinin önündə etiraz aksiyası keçirilib. 

Beykozda toplaşan 20 nəfərlik etirazçı qrup “Biz balaca cahili susdurmaq üçün toplaşmışıq” – deyə hayqırıb.  “Biz heç kimi təhdid etmək üçün burada deyilik" açıqlamasını verdikdən sonra onlar insidentsiz məkandan uzaqlaşıblar.

 Sözügedən mahnını təqdim edirik:

 

Sezen Aksunun mahnısı etirazlar doğurdu