Digər
01 Mart 2021 15:30
“Şeytançıxarma əməliyyatı“nda 9 yaşlı qızı döyüb öldürdülər
Şri-Lankada “exorcism” ritualı (şeytan çıxarma) zamanı 9 yaşlı qızın döyülərək öldürüldüyü məlum olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Şri-Lanka polisi açıqlama verib. Qeyd edilib ki, hadisə paytaxt Kolomboya 40 kilometr məsafədəki Delqoda qəsəbəsində baş verib. Şeytani ruhların qovulacağı inamı ilə həyata keçirilən mərasimdə 9 yaşlı qız dəfələrlə döyülüb.
Bildirək ki, hazırda azyaşlının anası və cin çıxardığı iddia edilən şəxs polis tərəfindən nəzarətə götürülüb.