"Sevilməyə layiq qadınam" - Ayan

"Sevilməyə layiq qadınam" - Ayan

"Sevilməyə layiq qadınam" - Ayan

Müğənni Ayan Babakişiyeva Nadir Qafarzadə ilə sevgi yaşaması ilə bağlı yayılan şayiələrə cavab verib.

Polemika.az xəbər verir ki, MTV Azərbaycanda qonaq olan müğənni bu xəbərlərin yalan olduğunu, həmkarı ilə dost olduğunu bildirib:

"Mənim Nadir Qafarzadə ilə sevgili olmağım absurd məsələdir. Bunu yüz dəfələrlə demişəm. O, mənim dostumdur, dostum olaraq da hər zaman qalacaq. Əhməd Musafayevlə, Ədalət Şükürovla duet oxumuşam. Bu o demək deyil ki, mütləq nəsə olmalıdır. Səhnədə sevgili ola bilərsən. Həyatımız ümumiyyətlə eyni deyil. Sevmək və sevilmək nə vaxtdan pozğunluq simvolu olub ki?! Mən həmişə sevilən qadın olmuşam. Sevilməyə də layiq qadınam".

Həmin görüntüləri təqdim edirik:

 

"Sevilməyə layiq qadınam" - Ayan