Sərxoş kişi uşaqları girov götürüb

Sərxoş kişi uşaqları girov götürüb

Rusiyada silahlı şəxs Sankt-Peterburqun şəhər ətrafında yerləşən mənzildə altı uşağı girov götürüb.

Yenisabah.az Rusiya mediasına istinadla xəbər verir ki, uşaqları evə qapadan onların atasıdır. Ən balaca uşağın 3, ən böyüyünün isə 15 yaşı var.

Qeyd olunur ki, kişi sərxoş haldadır və əlində balta var. Bu barədə polisə məlumatı mənzilə daxil ola bilməyən həyat yoldaşı verib. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları 38 yaşlı kişi ilə danışıqlar aparmağa çalışır.