İdman
22 Yan 2021 00:15
Serxio Aquero koronavirusa yoluxdu
Argentina millisinin və “Mançester Siti”nin hücumçusu Serxio Aquero COVID-19-a yoluxub.
Yenisabah.az xəbər verir ki, futbolçu bu barədə öz “Twitter” səhifəsində məlumat yayıb.
“Koronavirus xəstəsi ilə təmasdan sonra özümü təcrid etdim. Testimin cavabları müsbət çıxdı. Simptomlar var, sağalmaq üçün həkimin göstərişlərini yerinə yetirirəm”, hücumçu yazıb.