“Sanki hər an ağlımı itirəcəm”

“Sanki hər an ağlımı itirəcəm”

Peterburqdan olan terapevt Filip Kuzmenko koronavirusla bağlı öz üzərində eksperiment aparıb və buna təxminən 500 dollar pul xərcləyib.
Medicina.az xəbər verir ki, doktor Fil adı ilə məşhur həkim bloger eyni vaxtda 4 koronavirus yaxma testi və 2 qan antitel analizi verib. Onu nəticələrin necə olacağı maraqlandırıb.

Bu addımı atmağa ona izləyiciləri məcbur edib. Minlərlə insan testlərin yanlış nəticələrindən şikayətlənib
“Bu yaxında mən Türkiyədən qayıtdım. Hava limanında məcburi PZR test götürdülər.
10 gün əvvəl isə məndə kovidə məxsus simptomlar hiss olundu. İlk növbədə dadbilməni qoxunu itirdim”
10 günün içində 6 test verən həkimin nəticələri belə olub: 3 test müsbət, bir test mənfi, antitel analizləri isə mənfi çıxıb.
Ev şəraitində ekspress testlər isə neqativ nəticə göstərib.
“Vəziyyət o qədər absurddur ki. Xəstə az qala ağlını itirəcək həddə çatır. Simptomlar var, test göstərmir. Bəlkə mən məsələni böyüdürəm. Heç qoxubilməm falan da itməyib? Orqanizmimə inanım, ya testlərə”.

Əgər testlər etibarlı deyilsə, deməli onda bütün dünyada koronavirus statistikası etibarlı doğru deyil. Görülən tədbirlər, karantin isə şişirdilib.