Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Sahibkarlıq sahəsində aparılan yoxlamaların 1 il müddətinə dayandırılması təklif olunur.

Polemika.az xəbər verir ki, bu barədə “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik təklif edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihəsi ilə bağlı deputatların fikirləri dinlənilib.

Təkliflərə əsasən ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) 2023-cü il yanvarın 1-dək dayandırılır.

Qeyd edək ki, bundan öncə həmin müddət 2022-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

 

 

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır