"Sağaldıqdan sonra vaksin vurulanda xəstəlik yenidən bərpa olunur" - Professordan vacib tövsiyə

"Sağaldıqdan sonra vaksin vurulanda xəstəlik yenidən bərpa olunur"

"Sağaldıqdan sonra vaksin vurulanda xəstəlik yenidən bərpa olunur" - Professordan vacib tövsiyə

Fevralın 15-dən 3 doza vaksin vurdurmayan şəxslərə qarşı məhdudiyyətlər qüvvəyə minib. Onların kütləvi toplanış yerlərinə girişinə qadağa qoyulub. Bunu səhv anlayan insanlar virusa yoluxduqdan və sağaldıqdan dərhal sonra COVID-19 əleyhinə peyvənd vurdurmağa can atırlar.

Polemika.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulladeyib ki, pandemiya dövründə yaşadığımız üçün istər "Omikron", istərsə də digər ştamlar olsun, əgər insan xəstələnibsə, o, test verməlidir.

"Koronavirusun hər hansı bir ştammı üzrə test müsbət çıxanda, şəxsin adı portalda qeydiyyata düşür və o, abulator şəraitdə müalicə alıb sağalır. Həmin şəxsdə artıq immunitet yaranmış olur. Deməli, 6 ay peyvənd vurdurmaqdan azad olunur”.

Həkimin sözlərinə görə, sağaldıqdan sonra vaksin vurulanda xəstəlik sanki yenidən bərpa olunur:

“Vaksin özü də xəstəlik effektini yaradır. İmmun sistemini fəallaşdırır, anticismlərin yaranması prosesi başlayır, ona görə də, peyvənddən sonra xəstəlik şiddətlənir, sanki yenidən bərpa olunur”.

A.Qeybulla qeyd edib ki, insanlar xəstələndikdə qeydiyyata düşməyə çalışmalıdır:

“Vaksin vurdurmamaq üçün hanısa bir formada sübut olmalıdır. Çünki xəstələnmiş və sağalmış adamda artıq immuniteti var”.

Nəzrin Vahid

"Sağaldıqdan sonra vaksin vurulanda xəstəlik yenidən bərpa olunur" - Professordan vacib tövsiyə