Şablon təbrik mesajları, soyuqluq, uzaqlaşma... - “XXI əsrin kommunikasiyası insanları elə vəziyyə

Şablon təbrik mesajları, soyuqluq, uzaqlaşma...

Şablon təbrik mesajları, soyuqluq, uzaqlaşma... - “XXI əsrin kommunikasiyası insanları elə vəziyyə

İnsanlar arasında olan əlaqələr, qohumluq bağları getdikcə zəifləyir. Artıq biz də Avropa ölkələri kimi "Modern ailə" modelinə keçirik.

Bəzi insanlar bu problemin kökündə sosial şəbəkələrin durduğunu bildirir. Maraqlıdır, insanların bir-birilərindən uzaqlaşmasının, ailə, qohumluq bağlarının zəifləməsinin səbəbi nədir?

Psixoloq Azad İsazadə mövzu ilə bağlı Polemika.az-a danışıb. O, bu problemin sosioloji problem olduğunu bildirib:

"Bu prosesi sosio-psixoloji problem və ya reallıq adlandıra bilərik. Bu prosesin üzərinə məişət, maliyyə problemləri gəlir. Keçmiş Azərbaycan ailələrində hər kəs bir yerdə yaşayırdı, bir-birilərinə bağlı idilər, yaranan problemləri ailə daxilində həll edirdilər.

XXI əsrdə isə insanlar böyük şəhərlərə köçdü, hər kəs bir-birindən uzaqlaşdı. Bu səbəbdən bəzi yerlərdə böyük ailə anlayışı qalsa da əvvəlki funksiyasını itirib. İndi insanlar ancaq xeyir-şər məclislərində görüşürlər, bir-birləri ilə telefonla danışırlar. Bu proseslərə görə böyük ailələr dağılır.

Eyni zamanda XXI əsrin kommunikasiyası insanları elə vəziyyətə gətirib ki, heç kim bir-birinin evinə qonaq getmək istəmir. Bir-birimizi votsapla təbrik edirik, bir mesajı kopyalayıb hər kəsə göndəririk və düşünür ki, təbrik etdik, hərşey bitdi. Kommunikasiyalar işimizi asanlaşdırıb, digər tərəfdən real, canlı kommunikasiyanı pozub".

Psixoloq bildirib ki, hazırda çox varlı və çox kasıb arasında olan məsafə də böyüyüb:

"Əvvəllər hər kəs eyni səviyyədə yaşayırdı, hazırda yaşadığımız problemlər üzə çıxmırdı.

XXI əsrin sosial reallığı, maddi problemlər danışdığımız vəziyyəti daha da qabarıqlaşdırıb. Bu əslində nə pis nə də yaxşı hal hesab oluna bilməz.

Avropa bu hissəni XX əsrin 60-cı illərində keçib. Onlarda ailə anlayışı üç nəfərdir. Ana, ata, övlad. Övlad da 18 yaşı adladıqdan sonra şəxsi problemləri ilə valideyinlərə müraciət etmir. Bizim ölkəmizdə həmin istiqamətə gedir. Hazırda tam olaraq "Modern ailə" modelində deyilik, lakin tendensiya var".

Mehri QURBAN

Şablon təbrik mesajları, soyuqluq, uzaqlaşma... - “XXI əsrin kommunikasiyası insanları elə vəziyyə